Əlibaba Məmmədovun məzarının eskizi bəyənilmədi:
Kriminal 21 Apr 2023 08:17:00 220 0
Ötən ilin fevralında vəfat edən Xalq artisti Əlibaba Məmmədovun məzarının üstü hələ də götürülməyib.
Bu xəbəri də oxu: "Ustadımın yolu ilə. Operetta inciləri" adlı konsert proqramı
Son.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, sənətçinin qızı Rəqsanə Məmmədli atasının qəbir daşının hazırlanması üçün dövlət tərəfindən 16 min manat pul ayrıldığını bildirib. Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məzarın eskizi hazırlayaraq ailəyə göstərsə də, onlar razılığa gələ bilməyib:
"Qohumlarla yığılıb eskizə baxdıq, Dedik ki, belə qəbir olar? Adi qəbir daşı idi. Hamı dedi ki, 16 minlik qəbir deyil. Əlibaba Məmmədovun adına yaraşan deyil. Bizə dedilər ki, əgər daha yaxşı olmasını istəyirsinizsə, əlavə pul ödəyin".
R.Məmmədli martın 29-da Əlibaba Məmmədovun xatirə gecəsində iştirak etməkdən imtina etdiyini də bildirib:
"Atamın qəbri düzəlməyib, orada necə iştirak edim? Utanıram axı. Görənlər deyəcək ki, kişinin qəbri düzəlməyib, burada çal-çağırdır. İli çıxdı, camaat ziyarət üçün hara getsin?".
Məsələ ilə bağlı Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirilib ki, bunun üçün 16 min manat pul ayrılıb. Sənətkarın ailəsinə məlumat verilib, lakin ailə ödənilən məbləğlə razılaşmayıb. Həmin vəsait digər məzar daşlarına da şamil edilir. Rəqsanə Məmmədli razılaşdığı təqdirdə həmin məzar daşının qoyulması dərhal təmin olunacaq.
Bir çox insanlar banandan çəkinirlər, çünki onların tərjkibində digər
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaş�
Rusiya Erməniləri İttifaqı Ryazan şəhərində ermənilərin kütləvi saxl
Yəmənin paytaxtı Sənada Ramazan xeyriyyə tədbirində atışma və elektrik
Xalq arasında "qocalıq xəstəliyi" kimi tanınan və dövrün ən �
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva xalqım
Mütəxəssis xatırladıb ki, ən zərərli şokolad ağdır, çünki tərkibin
Uşaqlar arasında halsızlıq, yorğunluq, iştahasızlıq, ağızda yaralar, b
Sabah Azərbaycanda bayram namazı qılınacaq.
Azərbaycanda satılan Rusiya istehsalı olan avtomobillərin sayı kəskin azal
"ABŞ hakimiyyətinin imkanı olsaydı, ölkənin müdafiə büdcəsini art