Əməkdar rəssamı İsa Məmmədovun xatirəsinə həsr olunmuş "Baki mənzərələri" adlı fərdi sərgi keçiriləcək
Kriminal 27 Noy 2024 17:16:00 69 0
2024-cü il, dekabrın 6-da saat 18:00-da Muzey Mərkəzində Azərbaycanın Əməkdar rəssamı İsa Məmmədovun xatirəsinə həsr olunmuş "Bakı mənzərələri" adlı fərdi sərginin açılışı keçiriləcək. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Muzey Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə təşkil olunub.
Bu xəbəri də oxu: Zümrüd Yağmur axtarışa verildi
Azərbaycanın Əməkdar rəssamı İsa Məmmədov Zəngəzur rayonunda, Qafan şəhəri yaxınlığındakı kiçik bir kənddə anadan olmuşdur. Gələcək rəssamın böyüdüyü mühitə yazda parlaq rənglərə bürünən dağ yamacları, göllər, yaşıl dərələr xüsusi çalar bəxş edirdi. O, 1974-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olduqdan sonra Bakıya köçmüşdür. Lakin bununla belə, uşaqlıq və gənclik illərini keçirdiyi yerlərin xatirəsi heç vaxt onu tərk etməmişdir. Ətəklərindən gur çayların axdığı sıldırım qayalar, dar dərələr, müxtəlif növ ağac və kolların sıx, keçilməz meşə zolaqlarına qovuşduğu qalın ağaclıqlar... Gələcək rəssamın təxəyyülünün formalaşdığı mühit, nə vaxtsa paylaşmaq, gördüyü və Yer üzündə mövcud olan Cənnətin necə olduğunu hər kəsə göstərmək arzusu bax bundan ibarət idi.
Böyük şəhərdə məskunlaşan İsa Məmmədov tez-tez Azərbaycanın bölgələrinə səfərlər edirdi. Quba, Xaçmaz, İsmayıllı onun xüsusilə sevdiyi yerlər idi. Burada, Baş Qafqaz dağ silsiləsinin yamaclarında o, uşaqlıqdan ruhuna tanış olan mühitə qərq olmağı sevirdi. Çünki yalnız burada özünü evdəki kimi rahat hiss edir və yalnız burada - təbiətlə təklikdə, həqiqətən də, xoşbəxt olurdu. İsa Məmmədovun yaratdığı, hava və gün işığı ilə dolu olan mənzərələrə baxdıqda insanın ağlına gələn açar söz, çox güman ki, budur - Xoşbəxtlik! Onun üçün hər bir rəsm əsəri "təbiətə açılan pəncərə" mahiyyəti daşıyır. Azərbaycan torpağını başdan-başa gəzən, tapdanmamış cığırlarla addımlayan rəssam sanki rənglərlə, kölgələrlə, parlaq işıqla dolu olan bu dünyanı dönə-dönə kəşf edir və hər bir yeni motivi - talanı, ağacı, dərəni öz əsərlərində şəxsi qavrayışı, fərdi interpretasiyası ilə rəngləndirərək canlandırırdı. O, tələsmədən, ştrix arxasınca ştrix vuraraq ifadəli təsviri sənətin ənənəvi vasitələrindən - fırça toxunuşunun gücündən, rəngin və işığın intensivliyindən, aydın, yaxşı qurulmuş kompozisiyadan məharətlə istifadə edir, özünün şəxsi, "ikinci" reallığını yaradırdı. Hətta şəhər, səs-küylü şəhər mühiti belə onun rəsmlərində öz daxili həyatını yaşayan xüsusi bir orqanizmə çevrilirdi! O da heyrət doğurur ki, rəssamın əsərləri arasında çoxsaylı şəhər mənzərələri həm şəhərin səs-küyündən, həm də istənilən böyük şəhərə xas olan həyat ritminin sərtliyindən tamamilə məhrumdur... Memarlıq abidələri, şəhər mühitinin istənilən elementi, o cümlədən də yoldan keçən insanlar kətanın yüngül işıqlı-yayğın çaları ilə qaynayıb-qarışır və bununla da, rəssamın təxəyyülünün məhsulu olan ilğımlara çevrilərək onları əhatə edən mənzərənin bir parçası olurlar.
Rəssam nə çəkirsə çəksin - təbiətin, yaxud Bakının sevimli guşələrini - hər şey onun bizə, tamaşaçılara ötürməyi bacardığı həyəcan dolu münasibəti, sevgisi, hərarəti ilə seçilir. İsa Məmmədov kəşf etdiyi və canlandırdığı hər bir motivin doğma bir insan kimi ona çox əziz olduğunu tez-tez qeyd edirdi. Hər bir motiv individual idi və təsvir olunan obraza məhz bu cür yanaşma onun yaradıcılığının əsasını təşkil edirdi. Realist baxışla gücləndirilmiş impressionist üslub bu sənətkara təbiətin hər bir guşəsindən açıq şəkildə zövq almağa imkan verirdi. Rəssam müsahibələrinin birində öz yaradıcılıq kredosunu bu cür açıqlamışdır: təbiət hər zaman öz-özlüyündə gözəldir və ona hər hansı bir xüsusi effektlər calamağa ehtiyac yoxdur. Əksinə, motivin özündə olanı tapmaq və vurğulamaq daha vacibdir.
İsa Məmmədovun mənzərələri onun öz daxili vəziyyəti ilə bağlı olan və rəssamla təbiət arasındakı çox şəxsi bir dialoqu ifadə edir. Onun üslubu tanınandır, tərzi individualdır. Bu, təbiəti dinləyən və eşidən bir sənətkarın yaradıcılıq üslubudur. Bu və ya digər motivi canlandırarkən o, açıq havada işləyərək hər zaman daha dərinlərə enir, sanki təbiətin özündən öyrənir, onun ayrılmaz bir elementinə çevrilir. Rəssamın peyzajları, sadəcə, təbiətin təsviri deyil, eyni zamanda da onun mahiyyətinin reproduksiyasıdır. O, ətraf aləmi hiss edir, dərk edir, "oxuyur" və əsərlərinin daxili dinamikası, canlı ştrixləri, daim dəyişən rəng çalarları elə bir təəssürat yaradır ki, sanki onlar təbiətin, torpağın canlı, təbii rəngləri ilə dolğunlaşdırılmışdır.
Təəssüf ki, insanlar içində yaşadığımız ekosistemin bizim üçün nə qədər vacib olduğunu heç də hər zaman dərk etmirlər. Zibil tullantıları və dənizlərin, göllərin tamamilə çirklənməsi, meşələrin qırılması, atmosferə sistematik olaraq zəhərli qazların, dünya okeanı sularına ölümcül kimyəvi maddələrin atılması, hansısa qiymətli mikroelementlərin əldə olunması üçün landşaftın məhv edilməsi...
Qlobal iqlim dəyişikliyinə səbəb olan bütün bunlar və bu prosesin bütün planet üçün təhlükəli nəticələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının bu yaxınlarda Bakıda böyük uğurla keçirilmiş 29-cu sessiyasında müzakirə olunub. 80-dən çox ölkənin liderləri Vətənimizin paytaxtına toplaşaraq birgə səylərlə planetimizi - ümumi Evimizi necə xilas edə biləcəyimizi bir yerdə düşünərək müzakirə ediblər.
Dövlətimiz "yaşıl iqtisadiyyat", o cümlədən "yaşıl enerji" strategiyasının prinsiplərinə ardıcıl şəkildə və israrla əməl edir. COP29 Konfransının Azərbaycanda keçirilməsi faktının özü də ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin dünya ictimaiyyəti tərəfindən etiraf edilməsinin sübutudur.
ABŞ hakimiyyəti yeni seçilmiş prezident Donald Trampı və ailəsini öldür
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandır
Ramil Qasımov "Ustadımın yolu ilə. Operetta inciləri" adlı konse
"Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarş�
Rusiyanın dövlət xəbər şəbəkəsi Kanal 1-də Almaniya hakimiyyətinin Be
Bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüquqlarını
Gələn il anvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqəda
Türkiyə prezidenti Ərdoğan Hizbullah ilə İsrail arasında imzalanan atə
Qanunsuz mərc əməliyyatı ittihamı ilə ev dustaqlığına məhkum edilən m
Azərbaycanda növbəti bələdiyyə seçkilərinin tarixi məlum olub.
"Samsung" şirkətinin baş direktoru Li Jae Yonqa qarşı yeni iddia
Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan
"İnşaatçı-FA" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Kamilə H�
"Dəniz Mall" TM-də yerləşən "CineMastercard" premium ki