D vitamin çatışmazlığı vaxtında aradan qaldırılmalıdır
Digərləri 21 Apr 2023 07:07:00 220 0
Uşaqlar arasında halsızlıq, yorğunluq, iştahasızlıq, ağızda yaralar, boy artımının ləngiməsi, əzələ və oynaq ağrıları, tərləmə, dırnaqlarda qırılma, depressiya, dişlərdə çürümə kimi hallar valideynlərin narahatlığına səbəb olur. Bəzi valideynlər həmin əlamətlərə heç bir əhəmiyyət vermirlər. Mütəxəssislər isə bildirirlər ki, Günəş şüası görməyən, gün ərzində qapalı məkanlarda olanlarda D vitamini çatışmazlığı yaranır. Bu, orqanizmdə özünü fərqli formalarda göstərir.
Bu xəbəri də oxu: Yatmazdan əvvəl dişlərinizi fırçalamağı unutmaq nəyə səbəb ola bilər?
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-pediatr Zakir Quliyev bununla əlaqədar deyib: "Uşaqlarda D vitamini çatışmazlığı boyun və bədənin inkişafına mənfi təsir göstərir, onlarda yorğunluq, bədən və əzələ ağrıları müşahidə edilir. Uşaqlar bir az yeriyəndən və ya qaçandan sonra ayaqda yaranan ağrılardan, valideynlər isə onlarda diqqət yayınıqlığı və iştahasızlıqdan şikayətlənirlər. Analar havalar soyuyan kimi övladlarının təkrar-təkrar infeksiyalara yoluxduğunu söyləyirlər. Bu zaman ən azı D vitamini çatışmazlığını əsas götürərək analiz verilməsi vacibdir".
D vitamini çatışmazlığı vaxtında aradan qaldırılmasa uşaqlarda ciddi xəstəliklərin yaranmasına səbəb olar. Belə uşaqlarda raxit xəstəliyi, onurğa sütunu və ayaqların deformasiyası, yastıpəncəlilik, döş qəfəsi, əzələ və oynaq zəifliyi kimi patoloji hallar müşahidə olunur.
Həkim-pediatr onu da bildirib ki, belə uşaqların müalicəsi mütləq həkim nəzarəti altında aparılmalıdır.
Sabah Azərbaycanda bayram namazı qılınacaq.
Azərbaycanda satılan Rusiya istehsalı olan avtomobillərin sayı kəskin azal
"ABŞ hakimiyyətinin imkanı olsaydı, ölkənin müdafiə büdcəsini art
Bir müddətdir eşq yaşayan Dilan Çiçek Deniz və Mert Yazıcıoğlu istirah
Əlbəttə evlilikdən öncə atmalı olduğunuz ilk addım "hə" dem�
Rusiyalı müharibə əleyhdarı olan aktivist Nikita Kamenski hazırda Ermənis
Qızların və xanımların təhsildən yayınmasında maraqlı olan İran hakim
Müğənni Samirə Yusifqızı müzakirə yaradacaq açıqlama verib.
Türkiyənin Qara dəniz təbii qazının ilkin mərhələsi istifadəyə verili
İki il əvvəl dünyasını dəyişən Xalq artisti Səməd Səmədovun ailəsi
Litva parlamenti Ukraynadakı müharibə ilə əlaqədar Rusiya və Belarus vət