Həmin mühafizə xidməti cərimələndi
Digərləri 26 Noy 2024 10:58:00 77 0
Xəzər Rayon Məhkəməsində "Vətən-N Mühafizə" MMC-yə yazılan inzibati protokola baxılıb.
Bu xəbəri də oxu: Su ilə bağlı vacib məlumat
Son.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib. Buna baxmayaraq, proses davam etdirilir. Növbəti baxış iclası noyabrın 27-də keçiriləcək.
Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: 2020-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Namiq Babacan oğlu Cahangirovdur. Bu il iyulun 23-də Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi (Mühafizəçi "Vətən-N Mühafizə" MMC-nin işçisidir) Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb. Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir. İş üzrə zərərçəkən qismində "Medera" hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb. Hazırda proses Binəqədi Rayon Məhkəməsində davam etdirilir.
Türkiyənin təsərrüfat və meşə nazirliyi insan sağlamlığını təhlü
Azərbaycanda məişət zorakılığına qarşı mübarizə ilə bağlı yeni f�
Azərbaycan Respublikasının Ali Məhkəməsi kredit müqaviləsindən irəli g
Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətl�
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən He
Ümumitəhsil müəssisələrində çalışan müəllimlər 65 yaşına çatdıq
Son illər "Azpulmat" və "Manato" kimi bank olmayan kredit
Azərbaycanda icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli ti
Milli Hidrometeorologiya Xidmətinin 26 noyabr saat 9:00-a olan məlumatına əs
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı saat 9:00-a olan məlumat�
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit