Azərbaycanda 38 kişi arvadı tərəfindən döyülüb
Digərləri 26 Noy 2024 10:48:00 56 0
Azərbaycanda məişət zorakılığına qarşı mübarizə ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Plana əsasən, ölkədə məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq.
Bu xəbəri də oxu: Silk Way Alat Free Economic Zone şirkəti və Modern Construction Group əlamətdar saziş imzalayıb
Qeyd edək ki, məişət zorakılığı dedikdə qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamalarından sui-istifadə etməklə şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəzərdə tutulur.
Bəs bu il Azərbaycanda neçə nəfər məişət zorakılığının qurbanı olub?
Modern.az mövzu ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, 2024-cü ildə komitəyə məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub:
"Məişət zorakılığına məruz qalan şəxslər arasında qadın və uşaqlar çoxluq təşkil edir. Belə ki, cari ildə 38 kişi, 430 qadın, 364 uşaq məişət zorakılığına məruz qalıb. Məişət zorakılığı törədənlər isə tərkibinə görə 438 nəfər kişi, 213 nəfər qadındır".
Məlumatda qeyd olunub ki, komitəyə müraciət daxil olarkən dərhal icra olunur və müvafiq qurumlara yönləndirilir:
"Şikayətlər yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinə yönləndirilir. Yerli icra hakimiyyətlərində məişət zorakılığının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları fəaliyyət göstərirlər. Müraciət daxil olan zaman dərhal komissiya yaradılır və ehtiyac olduqda şəxs qısamüddətli mühafizə ilə təmin olunur. Cinayət tərkibi olduğu halda isə DİN tərəfindən qeydiyyata alınır və qabaqlayıcı profilaktik tədbirlər görülür".
Azərbaycan Respublikasının Ali Məhkəməsi kredit müqaviləsindən irəli g
Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətl�
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən He
Ümumitəhsil müəssisələrində çalışan müəllimlər 65 yaşına çatdıq
Son illər "Azpulmat" və "Manato" kimi bank olmayan kredit
Azərbaycanda icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli ti
Milli Hidrometeorologiya Xidmətinin 26 noyabr saat 9:00-a olan məlumatına əs
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı saat 9:00-a olan məlumat�
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırı