"Azpulmat" və "Manato"ya borcu olanlara ŞAD XƏBƏR: Qaydalar dəyişdi
Digərləri 26 Noy 2024 10:06:00 47 0
Son illər "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Bu kimi təşkilatların kredit faizləri və şərtləri zaman-zaman vətəndaşlar tərəfindən etirazla qarşılanırdı. Ödənişlərin qaytarılmasında ciddi problemlər yaranırdı.
Bu xəbəri də oxu: Bakıda tiktoker qız onu söyən kişini tapıb ayağını öpdürdü
Son.az xəbər verir ki, artıq məsələyə ciddi nəzarət olunacaq və bank olmayan kredit təşkilatlarının fəaliyyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası" əsasında təşkil olunacaq.
Bundan sonra "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə biləcəklər və gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox.
Borcun qaytarılma müddəti də 45 gün olacaq.
Ən problemli məsələlərdən biri isə gecikdirilmiş borclarla bağlı idi. Bu məsələdə öz həlini tapıb. Gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.
İnqilab Məmmədov Son.az
Azərbaycanda icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli ti
Milli Hidrometeorologiya Xidmətinin 26 noyabr saat 9:00-a olan məlumatına əs
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı saat 9:00-a olan məlumat�
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırı
Azərbaycan Mərkəzi Bankı (AMB) 26 noyabr tarixindən etibarən valyuta məz�
Müğənni Ayan Babakişiyeva rəqqasə Fatimə Fətəliyevanın ad günündən
Ötən gün aparıcılar Zaur Baxşəliyevlə Günayın oğulları Davudun doğu
Yapon alimləri ən ciddi beyin xəstəliklərindən olan Alsheymerin aşkarlanm