“Savaşan Şahin”, “Cinayətkar”, yoxsa “Şimşək”? Bakı seçim qarşısında
Siyasət 18 Apr 2023 15:44:00 242 0
Azərbaycan Hərbi-Hava Qüvvələri yeni nəsil qırıcılar alacaq. Seçim Türkiyə, Rusiya və Pakistan arasında olacaq.
Türkiyənin Hərbi-Hava Qüvvələrinin (HHQ) əsasını təşkil edən "F-16 Fighting Falcon" ("Savaşan Şahin") qırıcılarının modernləşdirilməsinə 259 milyon dollar ayırmaq niyyətindədir.
ABŞ Müdafiə Nazirliyinin və Dövlət Departamentinin qərarı belədir.
Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir ki, "Türkiyədəki mövcud a-16 parkının modernləşdirilməsi üçün Türkiyə hökumətinə 259 milyon dollar məbləğində müdafiə məhsulları və xidmətlərinin mümkün satışını təqdim edilib".
Pentaqondakı müvafiq struktur bununla bağlı Konqresə zəruri sertifikasiyanı da təqdim edib.
Pentaqonun təsdiqlədiyi paketin əsas hissəsinin F-16 qırıcılarının aviaonikasının və aparat qurğularının proqram təminatının yenilənməsi təşkil edir.
Dövlət Departamenti hesab edir ki, "anlaşma milli təhlükəsizlik və xarici siyasət sahələrində Birləşmiş Ştatların məqsədlərinə uyğun olmaqla yanaşı, Türkiyə HHQ-nn NATO ilə operativ uyğunluğunu artırmağa, habelə Türkiyənin hazırda sahib olduğu F-16 təyyarələrinin uçuşlarının təhlükəsizliyini təmin etməyə imkan verir. Avadanlığın modernləşdirilməsi habelə, Türkiyənin mövcud və gələcəkdə mümkün çağırışların qarşısını almaq imkanlarını yaxşılaşdıracaq".
Paketdə nə var?
ABŞ-ın Müdafiə və Təhlükəsizlik sahələrində Əməkdaşlıq Agentliyinin (Defense Security Cooperation Agency, DSCA) hazırladığı paket maraqlıdır.
DSCA ABŞ-ın xaricə silah və hərbi texnika satışlarında əsas qurumdur.
Bəhs etdiyimiz paketin əsasını "Link-16 (Block Upgrade-2)" məlumatların taktiki ötürülmə şəbəkəsinin və "Auto-GCAS" toqquşmaların qarşısının alınması sistemlərinin yenilənməsi təşkil edir.
Məlumatların taktiki ötürülmə kanalı (TDL) kimi də tanınan "Link-16" ABŞ və NATO ölkələrinin istifadə etdiyi hərbi radioşəbəkədir.
Quru qoşunları, gəmilər, pilotsuz uçan aparatlar (PUA), helikopterlər və hərbi təyyarələr arasında taktiki informasiya mübadiləsinə imkan verən şəbəkə olan "Link-16" məlumatların yüksəkt sürətlə ötürülməsi, göstəricilərin avtomatik yenilənməsi, dinamik marşrutlaşdırma və geniş əhatə dairəsi ilə məşhurdur. Ssitem hava hücumundan müdafiədə, hava hücumunda, dənizdəki döyüşlərdə və digər taktiki əməliyyatlarda bir sıra rabitə rejimlərindən istifadəyə imkan verir.
"Automatic Ground Collision Avoidance System" (Auto GCAS) sistemi isə pilot təyyarəyə nəzarəti itirəndə idarəetməni üzərinə götürür və təyyarəni yerə çırpılmaqdan qoruyur.
Sistem indiyədək onlarla pilotun həyatını xilas edib.
Bəhs etdiyimiz komplektlər Türkiyənin ABŞ-dan istədiyi 20 milyard dollarlıq satış paketinə daxil deyil. Həmin paketə əsasən, Türkiyə ABŞ-dan yeni "F-16 Block 70 Viper" qırıcılarını satın almaq və ölkənin HHQ-dəki mövcud təyyarələri yeniləmək istəyir.
Nə ola bilər?
Əgər Pentaqonla Dövlət Departamentinin təqdimatının Konqresə göndərildiyi zamanlan sonrakı 15 gün ərzində etiraz olmsazsa, Türkiyəyə satışlar başlanacaq.
Yeni paket həm də Birləşmiş Ştatların Türkiyəyə 40 yeni "F-16 Block 70 Viper" qırıcılarının satılması və Türkiyə HHQ-dəki 79 F-16-nın "Block 70" səviyyəsinədək modernləşdirilməsini nəzərdə tutan böyük paketin bəyan edilməsinədək Konqresin reaksiyasını müəyyənləşdirəcək.
Əgər Birləşmiş Ştatlar bundan sonra da Türkiyənin istəklərini qulaqardı etsələr, onda rəsmi Ankara yeni nəsil qırıcılar almaq üçün Rusiya, Çin və ya Avropa İttifaqı ilə danışıqlara başlaya bilər.
Ankara tələsir, çünki ölkə öz HHQ-ni sürətlə modernləşdirmək və mövcud çağırışlara tam hazır vəziyyətə gətirmək istəyir.
Hazırda Türkiyənin HHQ-də ABŞ-dan alınmış lisenziyalar əsasında ölkədə istehsal edilmiş 237 "F-16 Fighting Falcon" qırıcıları var ki, onlar da "Block 30", "Block 40", "Block 50" və "Block 50+ " konfiqurasiyalarıdır.
Qardaş ölkənin hərbi-hava qüvvələrində ən müasir F-16-lar təxminən 10 yaşı olan "F-16 Blok 50+"lar, ən yaşlılar isə təxminən 30 il əvvəl istehsal edilmiş "F-16 Block 30"lardır.
Türkiyədəki "F-16 Block 30"lar TUŞAS tərəfindən modernizasiya edilib və onların uçuş ömürləri 8 min saatdan 12 min saata qədər artırılıb. Yəni həmin qırıcılardan Türkiyə 2030-cu ilədək istifadə edə biləcək.
Yeni nəsil "F-16 Block 70" qırıcılarında təyyarələri F-35 və F-22 səviyyəsinə yaxınlaşdıran "APG-83 AESA" radarı, radardan istifadə etmədən istilik vasitəsilə passiv şəkildə arayan və tapan İRST sistemli "Legion Pod"kompleksi, "AN/ALQ-254(V)1 VIPERSHIELD" elektron idarəetməli raket və yeni kokpit var.
Türkiyənin TUŞAS hərbi-sənaye korporasiyasının ilk milli qırıcı olan "TAI Turkish Fighter X"i (TF-X) 2030-cu ildə HHQ-yə təhvil verəcəyini nəzərə alsaq, ölkə HHQ-dəki F-16 qırıcılarının mümkün qədər tez, sürətli şəkildə modernizasiyası Ankara üçün kritik önəm kəsb edir.
"Savaşan Şahin"lər Azərbaycana gələ bilərmi?
Azərbaycan Hərbi-Hava Qüvvələrinin qırıcı təyyarələr parkının yenilənməyə ehtiyacı var. Rəsmi Bakı bu problemin həlli yollarını illər əvvəl aramağa başlasa da, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra proses dəfələrlə sürətlənib.
İlkin variant kimi Pakistandan "JF-17 Thunder" ("Şimşək") qırıcılarının alınması nəzərdən keçirilir.
"Block 3" modifikasiyalı bu qırıcıların aviaonikası, xüsusilə də radar sistemləri modernizasiya edilərək tam təkmilləşdirilib.
ABŞ Türkiyə HHQ-dəki F-16 qırıcılarının modernizasiyası paketini təsdiqləyərsə, qardaş ölkədəki "Savaşan Şahin"lərin bir neçəsinin Bakı tərəfindən satın alınması məsələsinin müzakirələri də istisna deyil.
Belə satışü qırıcının istehsalçısı Vaşinqtonnun razılığı şərt olduğundan, müzakirələr Azərbaycan-ABŞ-Türkiyə çərçivəsində aparılacaq.
Onu da unutmayaq ki, hərbi aviasiya bazarı ifrat dərəcədə özünəməxsus və siyasiləşmiş məkan olduğundan Azərbaycanın yeni qırıcıların seçimi imkanları məhduddur.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycan hipotetik olaraq bir sıra ölkələrdən qırıcılar ala bilər: məsələn, İsveçrədən "JAS-39 Gripen" yüngül qırıcılarının alınması az qala ideal variant olardı. Lakin Avropa İttifaqı ölkələri kimi, İsveçrə də münaqişə vəziyyətində olduğunu hesab etdiyi ölkələr silah satmır.
ABŞ isə yalnız müttəfiq hesab etdiyi ölkələrə silah, sursat, amunisiya və hərbi texnika satır.
Belədə seçimimiz Türkiyədən F-16-lar, Pakistandan "JF-17 Thunder Block-3", Rusiya Federasiyasından isə "Su-57 Felon" ("Cinayətkar") və ya "MiQ-35 Fulcrum F" ("İstinad nöqtəsi") ola bilər.
Sadalanan qırıcıların hamısı "4+" kateqoriyasından olduğundan, onlardan hər hansı birinin satın alınması Azərbaycan HHQ-nin həm hava, həm də yer hədəflərini vurmaqla bağlı imkanlarını əhəmiyyətli şəkildə artıracaq.
Azərbaycan üçün uzaqməsafəli uçuş edə bilər, radar məsafəsindən də qarşıdakı hədəfləri vura bilən qırıcılar praktiki olaraq, gərək deyil. Ölkəmizin ərazisinin və xüsusilə də sürəkli, fasiləsiz təhdid mənbəyi olan Ermənistanla şərti dövlət sərhədinə Bakıdan olan məsafəni nəzərə alsaq, hərbi-hava qüvvələrimiz üçün yüngül qırıcılar kifayət edir.
Elçin Alıoğlu Trend
"Həyatımda istədiyim hər bir şeyi etmişəm. Bəlkə də bunun fəsadl
"ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi
Qərbi Azərbaycan İcmasında "Qərbi Azərbaycan həqiqətlərinin dünya
Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanı
Erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşıl�
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nətic
"Cocuklar duymasın" serialının ulduzu, Tamer Karadağlının keçmi
Beynəlxalq Muğam Mərkəzində "Heydər Əliyev İli" çərçivəsin
Müğənni Aynur Dadaşova həmkarı Niyam Salamidən küsüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda
Ukrayna ordusu tamamilə Qərbin silah və maliyyə dəstəyindən asılıdır,
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühaf
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sosial