Özbəkistanda “Şuşa günləri” çərçivəsində Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyası təqdim olunub FOTO
Kriminal 15 Apr 2023 13:02:00 333 0
Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Daşkənddə keçirilən "Şuşa günləri" çərçivəsində Qarabağ geyimlərinin moda sərgisi təqdim olunub.
Bu xəbəri də oxu: Bakıda məşhur yaşayış kompleksində hücum: mühafizəçi DÖYÜLDÜ FOTO
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ" adlı kolleksiyası böyük maraq və alqışları ilə qarşılanıb. Defiledə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri iştirak edib.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Sureyya Er Türk, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr, tarixi və qardaşlıq münasibətlər haqqında bəhz ediblər, "Şuşa günləri"nin əhəmiyyətini vurğulayıblar. Həmçinin konsert proqramı təqdim olundu.
Baş nazir Nikol Paşinyanın ofisi İctimai Televiziyanın dizayner, "OTA&
Türkiyəli aktyor cütlük - Fahriye Evcen və həyat yoldaşı Burak Özçivit
Bayrağımıza həqarət edildi, özü də Ermənistanda, beynəlxalq bir yarı�
Paytaxtda bəzi sürücülər avtomobillərini piyadalar üçün nəzərdə tutu
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft növbəti dəfə u
"Cash App" texnologiya şirkətinin qurucusu və "Square" İ
Türkiyənin TÜBİTAK UZAY şirkəti tərəfindən yaradılan ilk yerli müşah
Mütəşəkkil cinayətkar dəstə ilə bağlı iş üzrə həbs cəzası alan
"Haqqımda elə deyirlər, amma kaprizli deyiləm. Sadəcə olaraq, nə ist
14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqa
"Ağır atletika üzrə Avropa çempionatı dövlətimizin, xalqımızın t
Ermənistanın İstintaq orqanı İrəvanda keçirilən ağır atletika üzrə A
2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bö
"Bu il aprelin 28-də Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akadem