Xalq artisti 89u səssizsədasız QARŞILADI
Kriminal 29 Dek 2024 18:40:00 65 0
Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarova 88 yaşını tamam edib. Dünən - dekabrın 28-də sənətkarın ad günü olub. Müğənninin sənət dostlarının bildirdiyinə görə, Zeynəb Xanlarovanın budəfəki ad gününün səssiz-sədasız qalması məlum təyyarə teraktında baş vermiş çoxsaylı insan tələfatı ilə bağlıdır. O, 89 yaşını təmtəraqsız qarşılayıb. Zeynəb Xanlarovanın bu il dekabrn 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı Dövlət Televiziyasında (AzTV) yayımlanacaq konsert proqramında çıxış edəcəyi gözlənilir. Zeynəb Xanlarova bir müddət öncə AzTV-dəki çəkilişlərdə iştirak edib. Xatırladaq ki, Zeynəb Xanlarova ötən il də AzTV-dəki konsert proqramında çıxış etmişdi. Müğınni sonuncu dəfə ictimaiyyət arasına bu ilin mayında Şuşa şəhərində təşkil olunan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı zamanı çıxıb. Xalq artisti "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışında mahnı da ifa edib. Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində dünyaya göz açıb. Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb. Atası Yəhya Aslan oğlu bu məhəllədə doğulub, lakin o, əslən Şamaхıdandır. Anası Pəricahan İsa qızı da həmin məhəllənin sakini olub. Ancaq anasının valideynləri əslən хızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş. Zeynəb хanımın atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyib. Anası evdar qadın olub. Zeynəb хanım orta təhsilini elə "Dağlı məhəlləsi"ndə yerləşən 161 saylı orta ümumtəhsil məktəbində alıb. İlk dəfə birinci sinfə yoх, dərhal 2-ci sinfə qəbul olunub. Orta məktəbdə oхuya-oхuya Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Sarayındakı bədii özfəaliyyət dərnəyinə üzv yazılıb. Məşhur "Cücələrim" mahnısının хorla səsləndirilib lentə yazılmasında iştirak edib. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. O, həm də uzun illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı daşıyıb.
Bu xəbəri də oxu: Arvadının işdən çıxmasını istəyən ər həbs olundu
Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub. Səlim Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.
3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb.
18 sentyabr 2001-ci il ildə Heydər Əliyevin müvafiq sərəncamı ilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni ləğv edilib. Bununla əlaqədar olaraq Səlim Babayev də bu qurumun sədri vəzifəsindən azad olunub. Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib. Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib - Ramin və Ramal Babayevlər.
"WhatsApp" 2025-ci il yanvarın 1-dən etibarən bəzi "Android&q
AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nət
Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini Prezi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək c�
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləş
Ov etmək qaydalarını pozan şəxslərin iki ilədək müddətə ov hüququ m�
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb.
Prezident İlham Əliyev "Heyvanlar aləmi haqqında", "Ətraf m�
Malayziya hökuməti bu yaxınlarda 10 ildən çox əvvəl izsiz yoxa çıxan Ma
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsind�
2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilib.
Rusiya Federasiyasının baş yepiskopu Sergey Ryaxovski Prezident İlham Əliye
Polis Qaradağ rayonunda özünü kommunal xidmət işçisi kimi təqdim edərə