Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsi başladı
Kriminal 29 Dek 2024 19:53:00 85 0
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu xəbəri də oxu: Polis 18 nəfəri saxladı
Son.az Trend-ə istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Martin Ryan tərcüməçi və müdafiəçi ilə təmin edilib. Həmçinin Martin Ryan şüşə qəfəsdən çıxarılaraq tərcüməçisinin yanında əyləşdirilib.
Məhkəmədə Fransa və Böyük Britaniyanın səfirliklərinin nümayəndələri də iştirak edib.
Hakim təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini izah edib.
Daha sonra prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Martin Ryan 25 aprel 1988-ci ildə Klermon-Ferran şəhərində anadan olub, ali təhsillidir. Fransada Monpelye 3 Universitetini "beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət" ixtisası üzrə üzrə bitirib. O, əvvəllər məhkum olunmayıb və subaydır.
Azərbaycanda sahibkarlıqla məşğul olub. Azərbaycana xaricdən şərab tədarük edib.
Məhkəmədə o da qeyd edilib ki, Martin Ryan Fransa vətəndaşı olmaqla yanaşı, Böyük Britaniyanın da vətəndaşıdır.
Martin Ryanla birgə həbs edilən Azad Məmmədlinin də anket məlumatları dəqiqləşdirilib.
Bildirilib ki, Azad Məmmədli 1995-ci il anadan olub, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. Magistr təhsilini isə Fransada alıb.
Azad Məmmədli 2019-2023-ci illərdə Beynəlxalq Bankın hüquqşünası olub, daha sonra Böyük Britaniyaya köçərək orda çalışıb. Azərbaycana qayıdandan 2 ay sonra həbs edilib.
Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarınd
"Məqsədli proqramların həyata keçirilməsi Qaydası" təsdiq edil
İranın xarici işlər naziri Abbas Arakçi 2025-ci ilin İrana nüvə məsəl�
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacız
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau hava limanı yaxınlığında
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi A
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, Ukraynanın ali müftisi Şe
"Kvotadan əlavə iş yerlərinin yaradılması "Kvotadan əlavə iş
"Havaların kəskin soyuması bizim iqlimə adaptasiya olmuş orqanizm üç
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beql
Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy
Xüsusi hərbi əməliyyatın iştirakçısı olduğu üçün polisə gələn T�
Bu gün, dekabrın 29-da Ermənistanın Ararat bölgəsində buzlu şərait və
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 90 günə