Kamaləddin Qafarov: “Zərifə xanım qayğıkeş ana, fədakar həyat yoldaşı, böyük alim idi”


Digərləri 15 Apr 2023 11:00:00 287 0

Kamaləddin Qafarov: “Zərifə xanım qayğıkeş ana, fədakar həyat yoldaşı, böyük alim idi”

"Bu il aprelin 28-də Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünü qeyd edəcək. Zərifə xanım Əliyeva, ilk növbədə, qayğıkeş ana, fədakar  həyat yoldaşı kimi də bütün qadınlarımıza  nümunə olub. Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq, əlbəttə ki, elə də asan məsələ deyildi. Heydər Əliyev öz xatirələrindən birində Zərifə xanım  haqqında  demişdir: "...O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi." Zərifə xanım Əliyevanın obrazı, siması, keçdiyi həyat yolu  bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunə və  misilsiz örnəkdir." Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat  bildirib: " Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə  sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım tibb elmində  təcrübi səhiyyəyə dair son dərəcə əhəmiyyətli araşdırmalar aparıb. Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, eləcə də dünya təcrübəsində əsas problemlər sırasında dayanan peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.O,  12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin,  1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti layiqincə qiymətləndirilib və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Bu gün də Zərifə xanım Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur."

K.Qafarov görkəmli akademikin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu qeyd edərək  deyib: "Zərifə xanım Əliyeva gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, "Yüksək etimad" kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların  hazırlanmasında böyük əmək sərf edib. Ölkə Prezidenti İlham Əliyev Zərifə xanımın həyatda olduğu son günləri xatırlayaraq  demişdir: "Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı olaraq qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən də məhz bu idi." Azərbaycan xalqının ləyaqətli qızı, böyük alim Zərifə xanım Əliyevanın əziz xatirəsi daim könüllərdə yaşayacaqdır".

Meyxanaçılarımız tanınmaz halda  VİDEO like
  • 15 Apr 10:54  
Şou-biznes Meyxanaçılarımız tanınmaz halda VİDEO

Meyxana ilə bağlı yeni layihə başlayır.

arrow Ətraflı
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışıb like
  • 15 Apr 10:48  
Siyasət Azərbaycan və İran XİN rəhbərləri telefonla danışıb

14 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun B

arrow Ətraflı
Molla rejiminin Türkiyə xəyalı  İranın Ankaranı like
  • 15 Apr 10:46  
Digərləri Molla rejiminin Türkiyə xəyalı İranın Ankaranı

Türkiyə yaxın tarixinin ən mühüm seçkisinə hazırlaşır. Daxili siyasə

arrow Ətraflı
Baş nazirə tüstü bombası atanı belə yaxaladılar  VİDEO like
  • 15 Apr 10:42  
Dünya Baş nazirə tüstü bombası atanı belə yaxaladılar VİDEO

Şənbə günü Yaponiyanın baş naziri Fumio Kişidanın ictimaiyyət qarşıs

arrow Ətraflı
Bu xidmətə görə ƏDV ləğv edildi like
  • 15 Apr 10:40  
Digərləri Bu xidmətə görə ƏDV ləğv edildi

Azərbaycanda gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlər�

arrow Ətraflı
Hacıqabulda BMW ilə avtoxuliqanlıq edən sürücü həbs edildi  FOTO like
  • 15 Apr 10:30  
Kriminal Hacıqabulda BMW ilə avtoxuliqanlıq edən sürücü həbs edildi FOTO

Hacıqabul rayonu ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib.

arrow Ətraflı
Bu kolbasanın da tərkibində donuz DNTsi tapıldı like
  • 15 Apr 10:28  
Digərləri Bu kolbasanın da tərkibində donuz DNTsi tapıldı

Daha bir neçə kolbasa və sosiska məhsulunda nöqsanlar aşkarlanıb - SİYAH

arrow Ətraflı
Əməkdar artistə ağır itki  FOTO like
  • 15 Apr 10:18  
Şou-biznes Əməkdar artistə ağır itki FOTO

Əməkdar artist Bəsdi Sevdiyevaya ağır itki üz verib.

arrow Ətraflı
FHN “Sonalar Sonası” şadlıq sarayında yoxlama aparıb  VİDEO  FOTO like
  • 15 Apr 10:06  
Digərləri FHN “Sonalar Sonası” şadlıq sarayında yoxlama aparıb VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi v

arrow Ətraflı
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır like
  • 15 Apr 10:00  
Digərləri Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı aç�

arrow Ətraflı
Bakıda avtomobil piyadaları vurub, biri ölüb like
  • 15 Apr 09:56  
Digərləri Bakıda avtomobil piyadaları vurub, biri ölüb

Bakıda ölümlə nəticələnən qəza olub.

arrow Ətraflı
“Twitter”dən özəl istifadəçilərinə gözəl hədiyyə  FOTO like
  • 15 Apr 09:54  
Digərləri “Twitter”dən özəl istifadəçilərinə gözəl hədiyyə FOTO

"Twitter" mətn mesajının həcmini kəskin şəkildə artırıb və

arrow Ətraflı
Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb like
  • 15 Apr 09:18  
Siyasət Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan bayrağının yandırılması

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya 125 gündür davam edir  FOTO like
  • 15 Apr 08:54  
Siyasət LaçınXankəndi yolundakı aksiya 125 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı