Bu kolbasanın da tərkibində donuz DNTsi tapıldı


Digərləri 15 Apr 2023 10:28:00 307 0

Bu kolbasanın da tərkibində donuz DNTsi tapıldı

Daha bir neçə kolbasa və sosiska məhsulunda nöqsanlar aşkarlanıb - SİYAHI Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı məlumat yayıb.

AQTA tərəfindən "Monitorinq Planı"nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.

AQTA bildirir ki, nəzarət tədbirləri zamanı həmçinin, "Halal" adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin ("Sevilən Ad" MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcəkdir.

AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin "1003 − Çağrı Mərkəzi"nə məlumat versinlər.

Məlumat üçün bildiririk ki, sınaq nəticələri cədvəldə qeyd edilən məhsul partiyalarına şamil edilir.

Sınaq nəticələrində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyaları və istehsalçıları ilə bağlı məlumatla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Monitorinq zamanı yeni uyğunsuzluqlar aşkarlanmış kolbasa və sosiska məhsullarına dair məlumat

Məhsulun istehsalçısı

Məhsulun əmtəə nişanı

Məhsulun növü

İstehsal tarixi

Aşkarlanan uyğunsuzluq

1

"Sevilən Ad" MMC

"Dilim-Dilim"

Bişmiş "Doktorskaya" kolbasası

23.02.2023

Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb

2

"Dilim-Dilim"

Bişmiş "Lyubitelskaya" kolbasası

23.02.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

3

"Əsl Dad"

Bişmiş hisə verilmiş kolbasa

20.02.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

4

"Əsl Dad"

Hisə verilmiş sosiska

27.02.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

5

"Mir 2016" MMC

"Köhnə Dad"

Bişmiş "Doktorskaya" kolbasası

19.01.2022

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

Əməkdar artistə ağır itki  FOTO like
  • 15 Apr 10:18  
Şou-biznes Əməkdar artistə ağır itki FOTO

Əməkdar artist Bəsdi Sevdiyevaya ağır itki üz verib.

arrow Ətraflı
FHN “Sonalar Sonası” şadlıq sarayında yoxlama aparıb  VİDEO  FOTO like
  • 15 Apr 10:06  
Digərləri FHN “Sonalar Sonası” şadlıq sarayında yoxlama aparıb VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi v

arrow Ətraflı
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır like
  • 15 Apr 10:00  
Digərləri Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı aç�

arrow Ətraflı
Bakıda avtomobil piyadaları vurub, biri ölüb like
  • 15 Apr 09:56  
Digərləri Bakıda avtomobil piyadaları vurub, biri ölüb

Bakıda ölümlə nəticələnən qəza olub.

arrow Ətraflı
“Twitter”dən özəl istifadəçilərinə gözəl hədiyyə  FOTO like
  • 15 Apr 09:54  
Digərləri “Twitter”dən özəl istifadəçilərinə gözəl hədiyyə FOTO

"Twitter" mətn mesajının həcmini kəskin şəkildə artırıb və

arrow Ətraflı
Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb like
  • 15 Apr 09:18  
Siyasət Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan bayrağının yandırılması

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya 125 gündür davam edir  FOTO like
  • 15 Apr 08:54  
Siyasət LaçınXankəndi yolundakı aksiya 125 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Hansı vərdişlər tam sağlam yuxuya kömək edəcək? like
  • 15 Apr 08:29  
Digərləri Hansı vərdişlər tam sağlam yuxuya kömək edəcək?

Yaxşı bir gecə yuxusu ümumi sağlamlığımız və rifahımız üçün vacib

arrow Ətraflı
Bayrağımızın yandırılmasını like
  • 15 Apr 08:23  
Digərləri Bayrağımızın yandırılmasını

Xəbər veridiyimiz kimi, ötən gün İrəvanda ağır atletika üzrə Avropa �

arrow Ətraflı
Dietoloqlar suyun içilə biləcək ən yaxşı like
  • 15 Apr 07:56  
Digərləri Dietoloqlar suyun içilə biləcək ən yaxşı

Su insan orqanizminin son dərəcə vacib tərkib hissəsidir və onun çatışm

arrow Ətraflı
Makron pensiya islahatları barədə qanun layihəsini imzalayıb like
  • 15 Apr 07:50  
Dünya Makron pensiya islahatları barədə qanun layihəsini imzalayıb

Fransa prezidenti Emmanuel Makron pensiya islahatları barədə qanun layihəsin

arrow Ətraflı
Yaponiyanın baş nazirinin çıxışı zamanı like
  • 15 Apr 07:45  
Dünya Yaponiyanın baş nazirinin çıxışı zamanı

Şənbə günü Yaponiyanın baş naziri Fumio Kişidanın ictimaiyyət qarşıs

arrow Ətraflı
Yumurta yeyənlərə XƏBƏRDARLIQ like
  • 15 Apr 07:40  
Digərləri Yumurta yeyənlərə XƏBƏRDARLIQ

Mikrobioloq Esra Şəkər yumurta ilə bağlı xəbərdarlıq edib. 

arrow Ətraflı
Abşeronda anbar yanıb like
  • 15 Apr 07:35  
Digərləri Abşeronda anbar yanıb

Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 12 m² olan tikili və bit

arrow Ətraflı