Avtobuslarda gediş haqqının artırılması xidmətə hansı “keyfiyyət”i gətirdi? VİDEO
Digərləri 13 Apr 2023 15:24:00 448 0
Bir müddət əvvəl maliyyə vəziyyətlərinin yaxşı olmamasını əsas gətirən daşıyıcı şirkətlər avtobuslarda gedişhaqqının artırılmasını tələb edirdi. Tələbləri yerinə yetirildi.
Bu xəbəri də oxu: Bu ölkədə insanlar gündə ən azı bir dəfə gülməlidir
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Tarif Şurasının qərarı ilə yanvarın 31-də şəhərdaxili avtobuslarda gedişhaqqı 10 qəpik artaraq 40 qəpik oldu. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 40 qəpik və 1 manat təsdiq edildi. Daşıyıcı şirkətlər artımla 2 ay yarım vaxtdır ki, bu gediş haqqı ilə işləyirlər.
"Bu müddət ərzində avtobuslarda xidmətdə ciddi dəyişiklik hiss edilirmi?"
Sərnişinlər deyirlər ki, ətraf qəsəbələrə sərnişindaşıma fəalaiyyəti göstərən marşurut avtobuslarında ciddi problemlər hələ də qalmaqdadır.
Bəzi xətlərdə avtobus sayı az olduğu üçün günün pik saatlarında sərnişinlər dayanacaqda uzun müddət gözləməli olurlar. ''Koroğlu'' Nəqliyyat Mübadilə mərkəzinində çəkiliş apardığımız zaman avtobuslarda hələ də nasazlıqların olduğunun biz də şahidi olduq. Xəttdə, oturacaqları yararsız halda olana da, döşəməsində iri paslar əmələ gələn avtobuslara da rast gəlmək mümkündür.
"Hansı ki, qiymətlərin artırılmasında məqsəd avtobus parklarının yenilənməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə hesablanmışdı"
Amma sərnişinlərin iddiaları və kameranın obyektivinə düşən kadrlar bunu nədənsə təsdiq etmir. "Xəzər Xəbər" məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib.
Qurumdan bildirilib ki, Agentlik daşıyıcı şirkətlər qarşısında hər zaman ödəhlik qoyub ki, sərnişindaşımada kefiyyət artırılmalı, sərnişinlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilməlidir.
Aprelin 13-də Sarayevoda "Azərbaycan Respublikası ilə Bosniya və Herse
Türkiyə NATO - dakı vəzifələrini tam şəkildə yerinə yetirir.
Türkiyənin İstanbul şəhərinin Fatih səmtində tarixi qala divarları uçu
Yenə sülh danışıqları ilə bağlı hərəkətlilik gözəçarpacaq dərəc
Ermənistanın bu gün saxladığını bildirdiyi əsgərimizin fotosu yayıl�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 13-də Sarayevoda Azərbayca
7 Aprel tarixində Avropa Azərbaycan Məktəbinin Badamdar korpusunda "Bey
Son.az AZƏRTAC-a istinadən bildirir ki, nüfuzlu media qurumlarında yayıla
Tanınmış belaruslu dirijor Vyaçeslav Çernuxo-Voliç Odessa Milli Akademik O
Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliye