Bosniya və Herseqovina mediasında İlham Əliyevin səfəri haqda silsilə məqalələr yayımlanıb


Siyasət 13 Apr 2023 14:15:00 275 0

Bosniya və Herseqovina mediasında İlham Əliyevin səfəri haqda silsilə məqalələr yayımlanıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nüfuzlu media qurumlarında yayılan informasiyalarda Prezident İlham Əliyevin geniş tərkibli nümayəndə heyəti ilə Bosniya və Herseqovinaya səfəri iki ölkə arasında əlaqələrin daha da zənginləşməsi üçün dəyərli imkan kimi qiymətləndirilib.

Bosniya və Herseqovina KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ərəfəsində Azərbaycanla bağlı silsilə məqalələr yayımlayıb.

 

"hayat.ba" saytında yayımlanan məqalədə Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlıq potensialından tam istifadə etmədiyi təəssüflə qeyd olunub. Məqalədə Azərbaycanın son onilliklərdə enerji ixracı sahəsində təsirli iqtisadi artıma nail olmuş ölkə kimi dəyərləndirilib. Bildirilib ki, bu artım öz növbəsində Azərbaycanın geosiyasi imkanlarını gücləndirib. Yazıda, həmçinin Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfərinin hər iki ölkəyə böyük fayda gətirəcək əməkdaşlığın yeni dövrünü açacağı qeyd edilib.

"etto.ba" saytında dərc edilən məqalədə Prezident İlham Əliyevin bu səfərinin ölkələrimiz üçün mühüm əhəmiyyəti qeyd olunub. Azərbaycanın iqtisadi və siyasi yüksəlişi Bosniya və Herseqovinanın ölkəmizlə daha dərin əlaqələr qurması üçün əsas səbəblərdən biri kimi göstərilib. "Azərbaycan sübut edir ki, ağıllı xarici siyasət hətta kiçik ölkələr üçün də manevr imkanları açır", - deyə məqalədə vurğulanıb.

Anadolu agentliyinin Balkan versiyasında yayımlanan məqalədə Azərbaycanla Bosniya və Herseqovina arasında diplomatik münasibətlərin tarixi analiz edilib. Məqalədə bildirilib ki, Bosniya və Herseqovina Azərbaycanın sübut olunmuş dostudur və bu, dövlət qurumları tərəfindən qəbul edilmiş son dərəcə mühüm sənədlə təsdiqlənir. Məhz 2014-cü il aprelin 29-da Bosniya və Herseqovina "Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək haqqında" Qərar qəbul edib. Bununla da Bosniya və Herseqovina öz institutları vasitəsilə haqqın tərəfində durmağa və Azərbaycan xalqına, eləcə də hüquqi institutlarına dəstək verməyə hazır olduğunu nümayiş etdirib. Yazıda, eyni zamanda, iki ölkə arasında anlaşmanın yüksək səviyyədə olduğu və bunun qarşıdan gələn böyük layihələr üçün əla başlanğıc nöqtəsi ola biləcəyi qeyd edilib.

"Intelektualno.com", "Balkannews.ba" saytları da Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri ərəfəsində ölkələrimiz arasındakı əlaqələrdən, tarixi oxşarlıqlardan bəhs edən məqalə yayımlayıb. Bildirilib ki, 1990-cı illərin əvvəllərində hər iki ölkə Avropadakı siyasi dəyişikliklərin nəticəsi olan oxşar problemlərlə üzləşdi. Azərbaycan SSRİ-nin, Bosniya və Herseqovina isə Yuqoslaviyanın parçalanmasından sonra ölkənin dərin böhrandan çıxarılaraq inkişaf yoluna qədəm qoyması üçün genişmiqyaslı tədbirlər görmək məcburiyyətində qaldı. Lakin Azərbaycan bunu daha sürətlə edə bildi. Əlbəttə ki, bunun üçün əsas amillərdən biri Azərbaycanın ildən-ilə artan iqtisadi gücü oldu.

"TRT" televiziyasının Balkan versiyasında, "Slobodna-bosna.ba" və "Politicki.ba" saytları da Bosniya və Herseqovina ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən bəhs edən məqalələr yayımlayıb. Məqalələrdə Bosniya və Herseqovina ilə Azərbaycan arasında əməkdaşlığın hər iki ölkənin potensialını tam əks etdirmədiyi, daha yüksək nəticələrin əldə oluna biləcəyi vurğulanıb. Yazılarda Bosniya və Herseqovinanın Azərbaycan üçün investisiyalar baxımından geniş potensiala malik ölkə olduğu diqqətə çatdırılıb.

"Klix.ba" saytında isə Prezident İlham Əliyevin səfərinin hər iki ölkə üçün nə kimi yeniliklər gətirəcəyi barədə müsahibə yayımlanıb. Tarixçi, beynəlxalq əlaqələr üzrə professor Yahjo Muhasiloviç Bosniya və Herseqovina ilə Azərbaycan arasındakı əlaqələrdən, iki ölkə arasında əməkdaşlıqdan, enerji məsələlərindən və bu səfərin ölkələrimiz üçün açacağı imkanlardan danışıb. O bildirib ki, Azərbaycan öz regionunda bir gücdür və gələcəkdə beynəlxalq arenada daha vacib amil olacaq. Buna görə də Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlığı çox vacibdir. Həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin səfəri layihələrin və investisiyaların artırılması üçün geniş imkanlar açır.

"Oslobodjenje.ba" saytında yayımlanan məqalədə də Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfərindən, müzakirə oluna biləcək məsələlərdən bəhs edilib. Bildirilib ki, səfər zamanı aparılacaq müzakirələrdə iqtisadi və enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriləcək.

Son.az

Yusif Eyvazovla FOTOsuna görə işdən çıxarıldı like
  • 13 Apr 14:10  
Şou-biznes Yusif Eyvazovla FOTOsuna görə işdən çıxarıldı

Tanınmış belaruslu dirijor Vyaçeslav Çernuxo-Voliç Odessa Milli Akademik O

arrow Ətraflı
Azərbaycanlı müğənni Türkiyəyə köçdü like
  • 13 Apr 13:56  
Şou-biznes Azərbaycanlı müğənni Türkiyəyə köçdü

Müğənni Nigar Muharrem Türkiyəyə köçüb.

arrow Ətraflı
Sarayevoda İlham Əliyevin Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşü başlayıb like
  • 13 Apr 13:45  
Siyasət Sarayevoda İlham Əliyevin Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşü başlayıb

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliye

arrow Ətraflı
Sarayevoda İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub like
  • 13 Apr 13:36  
Siyasət Sarayevoda İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının P

arrow Ətraflı
Kamaləddin Qafarov: “Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir” like
  • 13 Apr 13:35  
Siyasət Kamaləddin Qafarov: “Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”

"Gürcüstan uzun illərdən bəri Azərbaycanla səmimi dostluq və etibar

arrow Ətraflı
Rusiya Qərbə meydan oxudu: like
  • 13 Apr 13:34  
Digərləri Rusiya Qərbə meydan oxudu:

Sahel bölgəsi Qərbə aid deyil.

arrow Ətraflı
Ermənistan MN itkin düşən Azərbaycan hərbçisinin saxlanıldığını açıqlayıb like
  • 13 Apr 13:28  
Dünya Ermənistan MN itkin düşən Azərbaycan hərbçisinin saxlanıldığını açıqlayıb

Naxçıvan-Ermənistan sərhədində itkin düşən ikinci Azərbaycan hərbçis

arrow Ətraflı
Psixiatriya klinikasına yerləşdirilən aktrisadan like
  • 13 Apr 13:23  
Şou-biznes Psixiatriya klinikasına yerləşdirilən aktrisadan

Üç həftə əvvəl psixiatrik xəstəxanaya yerləşdirilən Hollivud ulduzu 

arrow Ətraflı
Fransa parlamenti növbəti dəfə terror təşkilatına dəstək nümayiş etdirib like
  • 13 Apr 13:17  
Dünya Fransa parlamenti növbəti dəfə terror təşkilatına dəstək nümayiş etdirib

Fransanın hakim İntibah Partiyasının deputatları PKK/YPG terror təşkilat�

arrow Ətraflı
İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib like
  • 13 Apr 13:15  
Siyasət İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya v

arrow Ətraflı
İrəvanda Türkiyə vətəndaşının meyiti aşkarlanıb like
  • 13 Apr 13:12  
Dünya İrəvanda Türkiyə vətəndaşının meyiti aşkarlanıb

Ermənistanın paytaxtı İrəvanda "Apaven" gömrüyündə Türkiyən

arrow Ətraflı
Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb like
  • 13 Apr 13:04  
Digərləri Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb

Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə b

arrow Ətraflı
"Xalq artisti Ukraynada xüsusi hərbi əməliyyatı tənqid etməkdə davam edir..." like
  • 13 Apr 13:01  
Digərləri "Xalq artisti Ukraynada xüsusi hərbi əməliyyatı tənqid etməkdə davam edir..."

Kremlyönlü "Təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə Federal lay

arrow Ətraflı