Azərbaycan bu ölkədə yenidən səfirlik açır 12 il sonra
Siyasət 29 Dek 2024 21:16:00 69 0
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
Bu xəbəri də oxu: İlham Əliyev kubalı həmkarını təbrik edib
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.
Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.
Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.
Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.
Nazir müavini həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.
Nazir Əş-Şibani Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi mübariz lider adlandıraraq, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib. Nazir yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.
Köhnə rejimin geridə miras olaraq dağılmış, eləcə də dünya birliyi tərəfindən təcrid olunmuş Suriya buraxdığına diqqət çəkən nazir Əş-Şibani daxildə sosial-iqtisadi inkişafın, milli və siyasi birliyin, beynəlxalq müstəvidə isə Suriyanın nüfuzunun artırılmasının prioritet olduğunu diqqətə çatdırıb.
Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Bu baxımdan, ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Sonda Suriya xarici işlər naziri yeni qurulan münasibətlərin möhkəmləndirilməsi üçün ölkəmizə səfərə dəvət olunub. Nazir Əş-Şibani dəvəti məmnuniyyətlə qəbul etmiş və Azərbaycan nümayəndələrini Suriyada mütəmadi şəkildə görməkdən məmnun olacaqlarını bildirib. Son.az
Turist bu şəhəri ziyarət edib və səfər zamanı onu ən çox nəyin heyrə
Alabama ştatının Kovinqton dairəsi polisi əyalət polisi ilə bağlı stere
İsrail mətbuatı bu il iyulun 31-də Tehranda öldürülən HƏMAS İsmayıl H
Müğənni açıq açıqlaması ilə pərəstişkarlarını şoka salıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AZAL-ın Bakı-Qroznı reysini
Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib.
Hər bir uşaq unikaldır, lakin erkən yaşdan xüsusi hiyləgərlik, inadkarl�
AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğra
Hamı düşünür ki, hərəmxanalar keçmişdə qalıb və yalnız zəngin insa
Əskişəhərdə bir nəfər bələdiyyənin hazırladığı yeni il bazarına &
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azə
Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarınd
"Məqsədli proqramların həyata keçirilməsi Qaydası" təsdiq edil
İranın xarici işlər naziri Abbas Arakçi 2025-ci ilin İrana nüvə məsəl�