HƏMAS lideri necə öldürüldü? Təfərrüat
Dünya 29 Dek 2024 20:44:00 81 0
İsrail mətbuatı bu il iyulun 31-də Tehranda öldürülən HƏMAS İsmayıl Haniyənin aradan götürülməsi planının təfərrüatları haqda yeni məlumatlar dərc edib. Son.az bildirir ki, "Times of Israel" yazır ki, İsrailin İsmayıl Haniyəni öldürmək qərarı oktyabrın 7-dən az sonra, HƏMAS lideri yüksək rütbəli kəşfiyyat rəsmiləri tərəfindən tərtib edilən siyahının başında göründüyü zaman verilib. Yeganə sual bunun nə vaxt baş verəcəyi idi.
Bu xəbəri də oxu: Rus qazının nəqli tamamilə dayandırıldı
"Times of Israel" yazır ki, Haniyə Qətərdə yaşayırdı, lakin onun orada öldürülməsi Dohanın müharibə başlayandan bəri vasitəçilik etdiyi girovlarla bağlı danışıqları pozmaq təhlükəsi yaradıb.
Buna görə də Haniyənin öldürülməsi üçün mümkün yerlər kimi Türkiyə, Rusiya və İran seçilib - HƏMAs liderinin tez-tez səfər etdiyi üç ölkə.
Adı çəkilən KİV xəbər verir ki, İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şiddətli reaksiyasından qorxub və eyni şəkildə Rusiya prezidenti Vladimir Putini qəzəbləndirmək istəməyib, elə buna görə də Haniyənin aradan götürülməsi üçün İran ən uyğun variant olaraq seçilib.
İsrail mediası yazır ki, İsmayıl Haniyənin Tehranın şimalındakı dəbdəbəli Səadət Abad məhəlləsində bir neçə dəfə eyni SEPAH mehmanxanasında qalması əməliyyatın planlaşdırılmasını asanlaşdırıb.
Planlaşdırılan partlayışdan az əvvəl Haniyənin otağında kondisioner sıradan çıxıb və HƏMAS lideri kömək istəmək üçün otağını tərk edib. Onun geri qayıtması xeyli müddət uzandığından israilli əməliyyatçılar Haniyənin başqa binaya köçürüləcəyindən narahat olmağa başlayıblar. Çünki bu, bütün əməliyyatı poza bilərdi. Lakin bir müddət sonra Haniyənin otağındakı kondisioner təmir olunub və HƏMAS lideri öz otağına qayıtdıb. İsrailli əməliyyatçılar yalnız bu zaman rahatlaşıblar. Yerli vaxtla gecə saat 01:30 radələrində əldəqayırma partlayıcı işə düşüb, zərbə Haniyyənin qaldığı otağın xarici divarını deşib və bütün SEPAH binasını silkələyib.
Bir neçə saniyədən sonra İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təcili yardım komandası Haniyənin otağına gəlib. Gələnlər arasında İsmayıl Haniyənin müavini Xəlil əl-Həyya da olub və o, HƏMAS liderinin qanlı cəsədini gördükdən sonra göz yaşları içində diz çöküb. Bundan qısa müddət sonra SEPAH Haniyənin ölümünü elan etməyə məcbur olub.
Daha əvvəl Haniyənin oğlu Əbdül Salam atasının partlayıcı qurğu ilə öldürüldüyünü təkzib etmiş və onun mobil telefonu izləndikdən sonra atasının raket hücumuna məruz qaldığını demişdi. /Modern.az
Müğənni açıq açıqlaması ilə pərəstişkarlarını şoka salıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AZAL-ın Bakı-Qroznı reysini
Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib.
Hər bir uşaq unikaldır, lakin erkən yaşdan xüsusi hiyləgərlik, inadkarl�
AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğra
Hamı düşünür ki, hərəmxanalar keçmişdə qalıb və yalnız zəngin insa
Əskişəhərdə bir nəfər bələdiyyənin hazırladığı yeni il bazarına &
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azə
Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarınd
"Məqsədli proqramların həyata keçirilməsi Qaydası" təsdiq edil
İranın xarici işlər naziri Abbas Arakçi 2025-ci ilin İrana nüvə məsəl�
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacız
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau hava limanı yaxınlığında
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi A