Türkiyə NATOdakı vəzifələrini tam yerinə yetirir
Dünya 13 Apr 2023 15:00:00 320 0
Türkiyə NATO - dakı vəzifələrini tam şəkildə yerinə yetirir.
Bu xəbəri də oxu: Türkiyə ilə Almaniya arasında “dönər kabab davası” qızışır
Son.az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Antakyada NATO-nun qurduğu çadır şəhərciyinin açılış mərasimində iştirakı zamanı deyib.
"Türkiyə NATO-nun 70 ildən artıqdır ki, fəal və etibarlı üzvüdür. NATO-nun təkcə hərbi təşkilat olmadığını, həm də humanitar yardımda nə qədər təsirli olduğunu içində olduğumuz obyektlə görürük. Çətin anlarda həmrəylik vacibdir. Bu çətin günlərdə birlikdə olmaq, əməkdaşlıq etmək, həmrəy olmaq çox vacibdir. Bunu da NATO-dan və bütün müttəfiqlərimizdən gördük",- deyə Akar bildirib.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlərdən sonra təhsil sistemində yaranan fasilələrin tez bir zamanda aradan qaldırılması məqsədi ilə NATO-nun orta məktəb şagirdlərinin yerləşdirilməsi və təhsil alması üçün 2400 nəfərlik çadır şəhərciyi məktəb və sinif otağı kimi Türkiyə Milli Təhsil Nazirliyinə təhvil verilib.
Türkiyənin İstanbul şəhərinin Fatih səmtində tarixi qala divarları uçu
Yenə sülh danışıqları ilə bağlı hərəkətlilik gözəçarpacaq dərəc
Ermənistanın bu gün saxladığını bildirdiyi əsgərimizin fotosu yayıl�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 13-də Sarayevoda Azərbayca
7 Aprel tarixində Avropa Azərbaycan Məktəbinin Badamdar korpusunda "Bey
Son.az AZƏRTAC-a istinadən bildirir ki, nüfuzlu media qurumlarında yayıla
Tanınmış belaruslu dirijor Vyaçeslav Çernuxo-Voliç Odessa Milli Akademik O
Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının P
"Gürcüstan uzun illərdən bəri Azərbaycanla səmimi dostluq və etibar
Naxçıvan-Ermənistan sərhədində itkin düşən ikinci Azərbaycan hərbçis