Paşinyan: Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb
Digərləri 12 Apr 2023 19:10:00 281 0
Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
Bu xəbəri də oxu: 2025ci illə bağlı qorxunc proqnoz: müharibələr, epidemiyalar və təbii fəlakətlər olacaq
Son.az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə "Hökumət saatı" zamanı çıxışında deyib.
"Əgər Madrid prinsiplərindən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin "parlaq" diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və onlar "bu gün həmin sənədin meyvələrini yığırlar".
"Bizim səhvimiz bu oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik", - Ermənistanın hökumət başçısı əlavə edib.
Paşinyan qeyd edib ki, "Madrid prinsiplərindən əvvəl Ermənistan tərəfinin mövqeyi belə idi ki, Qarabağ heç bir zaman müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edir".
"SSRİ-nin digər subyektləri, Alma-Ata Bəyannaməsində qeyd olunanlara əsasən, öz müqəddəratını təyinetmə hüququndan istifadə edib müstəqillik əldə etdilər, o cümlədən də Qarabağ və nəticədə Qarabağ SSRİ-dən ayrıldı", - Paşinyan əlavə edib.
Baş nazir vurğulayıb ki, Madrid prinsipləri 2007-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyanın Baş nazir, Robert Koçaryanın isə prezident olduğu dövrdə meydana çıxıb ki, burada da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapıb: "Bu zaman müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verdi. Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərin müəllifi elə erməni tərəfi olub.
Əgər biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır?
Çin planetlərin müdafiəsi vasitələrinin sınaqları çərçivəsində Amer
Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə d�
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal ra
İranın Ermənistanı silahlandırdığı gözlənilən idi. Ukraynaya qarşı
Milli Məclisin növbəti plenar iclası keçirilib.
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və i�
"Bir-birimizin paltarını heç vaxt geyinməmişik. Çünki səhnəyə bir
İnsan kimi davranan ilk robot "Digit", bacarıqlarını nümayiş etd
İsmayıllıda yeni yaradılan yaşayış massivinə gedən yolda hərəkət mə
Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən "Mover" MM
Azərbaycanda seçicilərin sayındakı dəyişikliklərlə əlaqədar yeni seç