20 nömrəli məktəbdə 7 şagirdin nədən zəhərləndiyi açıqlandı


Digərləri 12 Apr 2023 18:38:00 303 0

20 nömrəli məktəbdə 7 şagirdin nədən zəhərləndiyi açıqlandı

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində yaranmış narahatlıqlarla əlaqədar aparılan araşdırmaların ilkin nəticələri ilə bağlı məlumat yayıb.

Son.az məlumatı təqdim edir:

Aparılmış yoxlama zamanı məlum olub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən "TAİS İKF" MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qida qəbulundan sonra şagirdlərin səhhətində epiqastral nahiyədə ağrılar, ürəkbulanma, başağrısı, baş gicəllənmə müşahidə edilib. Məktəbin tibb məntəqəsində şagirdlərə ilkin tibbi yardım göstərildikdən dərhal sonra təcili tibbi yardıma müraciət olunub.

Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı "TAİS İKF" MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. Sözügedən qidaların vitrinlərə (isti və soyuq vitrin, açıq vitrin) yığılaraq satışı həyata keçirilir. Həmçinin, məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib.

Eyni zamanda, yoxlama zamanı 26 adda müxtəlif çeşiddə qida məhsulundan nümunələr, 6 nəfər işçinin əllərindən yaxma nümunəsi və 20 ədəd müxtəlif səthlərdən, istifadə olunan alət və ləvazimatlardan yaxma nümunələri götürülərək laborator müayinələrin aparılması məqsədilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Həmçinin, yuxarıda adı qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən "TAİS İKF" MMC-yə məxsus qidaların hazırlanması və çatdırılması müəssisəsində AQTA tərəfindən plandankənar yoxlama tədbirləri davam etdirilir. Yoxlamanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Məlumat üçün bildiririk ki, 2022-2023-cü illər ərzində Agentlik tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib. Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.

Bildiririk ki, belə yoxlamalardan biri də 20 nömrəli tam orta məktəbdə həyata keçirilib. Belə ki, cari ilin 16-18 yanvar tarixlərində adıçəkilən məktəbin qida blokunda həyata keçirilən yoxlama zamanı qida sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilərək məktəbin vəzifəli şəxsi barəsində inzibati məsuliyyət tədbiri görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama həyata keçirilmiş müəssisələrin siyahısı ilə cədvəldən tanış ola bilərsiniz:

Ümumi təhsil müəssisələrinin qida bloklarında aparılmış yoxlamalar barədə MƏLUMAT

İran Ermənistanı silahlandırır: bu təxribat gözlənilən idi like
  • 12 Apr 18:36  
Digərləri İran Ermənistanı silahlandırır: bu təxribat gözlənilən idi

İranın Ermənistanı silahlandırdığı gözlənilən idi. Ukraynaya qarşı

arrow Ətraflı
Milli Məclisdə dərman qiymətləri müzakirə olundu  VİDEO like
  • 12 Apr 18:24  
Digərləri Milli Məclisdə dərman qiymətləri müzakirə olundu VİDEO

Milli Məclisin növbəti plenar iclası keçirilib.

arrow Ətraflı
Hüseyn Həsənova 10 milyonluq itki  VİDEO  FOTO like
  • 12 Apr 18:12  
Şou-biznes Hüseyn Həsənova 10 milyonluq itki VİDEO FOTO

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və i�

arrow Ətraflı
"Bacım min modelə dəyər" like
  • 12 Apr 18:08  
Şou-biznes "Bacım min modelə dəyər"

"Bir-birimizin paltarını heç vaxt geyinməmişik. Çünki səhnəyə bir

arrow Ətraflı
"Robot deyiləm ki" ifadəsini səhv çıxardan olay  VİDEO like
  • 12 Apr 18:00  
Dünya "Robot deyiləm ki" ifadəsini səhv çıxardan olay VİDEO

İnsan kimi davranan ilk robot "Digit", bacarıqlarını nümayiş etd

arrow Ətraflı
İsmayıllıda şəhid ailələrinin məskunlaşdığı yaşayış massivinin yolunu kəsən kimdir?  VİDEO like
  • 12 Apr 17:48  
Digərləri İsmayıllıda şəhid ailələrinin məskunlaşdığı yaşayış massivinin yolunu kəsən kimdir? VİDEO

İsmayıllıda yeni yaradılan yaşayış massivinə gedən yolda hərəkət mə

arrow Ətraflı
Güclü külək olacaq like
  • 12 Apr 17:28  
Digərləri Güclü külək olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 13-də axşam şimal-qərb küləyi

arrow Ətraflı
Bu daşıma şirkətləri istehlakçıları aldadır  Rəsmi like
  • 12 Apr 16:56  
Digərləri Bu daşıma şirkətləri istehlakçıları aldadır Rəsmi

Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən "Mover" MM

arrow Ətraflı
Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər like
  • 12 Apr 16:54  
Digərləri Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər

Azərbaycanda seçicilərin sayındakı dəyişikliklərlə əlaqədar yeni seç

arrow Ətraflı
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayıb  VİDEO like
  • 12 Apr 16:52  
Digərləri Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayıb VİDEO

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilm

arrow Ətraflı
Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır  VİDEO like
  • 12 Apr 16:48  
Digərləri Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır VİDEO

Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bə

arrow Ətraflı
Binədə evdən 32 min manatlıq oğurluq edən şəxs saxlanıldı  VİDEO  FOTO like
  • 12 Apr 16:46  
Kriminal Binədə evdən 32 min manatlıq oğurluq edən şəxs saxlanıldı VİDEO FOTO

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq e

arrow Ətraflı
Ondoqquzmərtəbəli binanın 20ci mərtəbəsi... VİDEO like
  • 12 Apr 16:00  
Digərləri Ondoqquzmərtəbəli binanın 20ci mərtəbəsi... VİDEO

Bakıda istifadədə olan yaşayış binasının damında əlavə mərtəbə tik

arrow Ətraflı