3300 manata qumbaraatan satmaq istəyən şəxs saxlanılıb
Kriminal 12 Apr 2023 17:24:00 254 0
Bu xəbəri də oxu: “Kamera Musiqisi Axşamı” adlı növbəti konserti keçirildi
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə qumbaraatan silahını əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil Vəliyev tutulub. Onun yaşadığı ünvandan "RPQ" markalı qumbaraatan silahı aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən "Mover" MM
Azərbaycanda seçicilərin sayındakı dəyişikliklərlə əlaqədar yeni seç
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilm
Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bə
Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq e
Bakıda istifadədə olan yaşayış binasının damında əlavə mərtəbə tik
Məşhur "Zombi Detective" serialı ilə tanınan aktrisa 26 yaşlı Y
Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə i
Prezident İlham Əliyev Yengicə su anbarının tikintisi haqqında Sərəncam
Xalq artisti Əli Nur geyindiyi əsgər geyimindən bəhs edib.
Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əley
Əlcəzairin Arzew limanından yola düşən mayeləşdirilmiş təbii qaz (LNG)
Bu döyüşlər - qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın Qara