Həmin plastik cərrahların sənədləri yoxlanılacaq
Kriminal 27 Dek 2024 16:53:00 59 0
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer almışdır. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılmış və şübhəli məqamlar müəyyən edilmişdir. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.
Bu xəbəri də oxu: Bakıda zibil qutuları oğurlandı
Səhiyyə Nazirliyindən Son.az-a verilən məlumata görə, plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Qəzada həlak olan "Ural Hava Yolları"nın bələdçisi Ramin Ağaye
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər və onu müşayiət edən
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan NazarbayevAzərbaycan
Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət alma
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin
"Flightradar24" AZAL təyyarəsinin qəza etməmişdən əvvəlki tra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxı
Ukrayna Xarici işlər naziri Andrii Sybiha AZAL-a məxsus sərnişin təyyarəs
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçird
Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsaslar yaradıl
Prezident İlham Əliyev "Xəzər dənizinin (gölünün) Azərbaycan Respu
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Akta
Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsi ilə
İslam dünyası Qəzza hadisələri, Livan müharibəsi, Seyid Həsən Nəsrull