Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsal ediləcək SƏRƏNCAM
Siyasət 12 Apr 2023 15:28:00 286 0
Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Prezident və Putin təyyarənin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə qərara alıram:
1. Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. pilot layihənin icrası ilə əlaqədar "Suyun alqı-satqı müqaviləsi"nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görsün;
2.2. Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etsin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"na uyğun olaraq, istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi və sudan səmərəli istifadənin təmin edilməsi üçün tələb olunan vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınmasına dair təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
Prezident İlham Əliyev Yengicə su anbarının tikintisi haqqında Sərəncam
Xalq artisti Əli Nur geyindiyi əsgər geyimindən bəhs edib.
Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əley
Əlcəzairin Arzew limanından yola düşən mayeləşdirilmiş təbii qaz (LNG)
Bu döyüşlər - qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın Qara
Türkiyənin Baykar şirkəti KEMANKEŞ raketini TEKNOFEST-də nümayiş etdirə
Qax sakini 65 yaşlı Seyfullah Feyzullayev bu ilin fevral ayında pensiya yaş�
2026-cı ilə qədər Füzuli şəhərinə təxminən 8 min, ümumilikdə Füzul
12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının
Ötən gün sərhəddə baş vermiş döyüşlərdə məhv edilən erməni hərb
İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 5%-dən çox bahalaş�
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sər
Türkiyənin hüquq-mühafizə orqanları İstanbul şəhərində İŞİD və Ə
Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000