ARBnin yayımı 3 saatlıq dayandırılacaq
Digərləri 12 Apr 2023 14:33:00 248 0
12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının videoformatda iclası keçirilib.
Bu xəbəri də oxu: Dolların məzənnəsi dəyişib? AMB məlumat yaydı
Şuradan Son.az-a verilən məlumata görə, iclasda qeyri-dəqiq reklam yayımı faktı ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şuraya daxil olmuş məktub və həmin məktuba əsasən həyata keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.
Belə ki, 17 fevral 2023-cü il tarixində "ARB" televiziya redaksiyasının efirində nümayiş olunan teleticarət blokunun daxilində yayımlanan "Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi - Varikozdan lazer üsulu ilə azad olun" məzmunlu reklam materialında "Klinikamızda bütün xəstəliklərə çarə var" ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib.
Müzakirələrin yekunu olaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının proqramlarının yayımının 16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul edib.
Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilib, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunmuşdur.
Ötən gün sərhəddə baş vermiş döyüşlərdə məhv edilən erməni hərb
İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 5%-dən çox bahalaş�
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sər
Türkiyənin hüquq-mühafizə orqanları İstanbul şəhərində İŞİD və Ə
Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin böl
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məş
Azərbaycan ATƏT ilə əməkdaşlığa praktiki müstəvidə baxır.
Əməkdar artist Mehriban Xanlarova canlı efirdə əsəbləşərək, studiyanı
Bir neçə gündür Ermənistan ərazisində olduğu bildirilən və qaçdığı
Xəbər verdiyimiz kimi, ötən gün erməni silahlı bölmələrinin Laçın is
"Bir çox inkişaf etmiş dünya ölkələrində vəziyyət belədir ki, ş
Qlobal yükdaşıma aviaşirkəti Silk Way West Airlines bu həftədən etibarə