Pensiyaya çıxmamış vəfat edən şəxslərin kapitalının aqibəti
Digərləri 12 Apr 2023 13:13:00 325 0
"Bir çox inkişaf etmiş dünya ölkələrində vəziyyət belədir ki, şəxs təqaüd yaşına çatmazdan öncə vəfat etdikdə, pensiya kapitalı onun ailə üzvləri (yaxın qohumları) arasında bölüşdürülür. Həmçinin o ölkələrdə belə hal da mövcuddur ki, insanlar yığılan kapitalı pensiya yaşına çatmamış da götürüb, hansısa bir tələbatını ödəmək məqsədilə xərcləyə bilər. Təəssüf ki, Azərbaycanda bu qaydalar yoxdur. Çünki Dövlət Sosial Müdafiə Fondu hələ dövlət büdcəsinin dotasiyasından asılıdır".
Bu xəbəri də oxu: Astma xəstəliyindən qurtulmaq istəyirdi, 100 yaşlı nənəsini öldürdü
Son.az xəbər verir ki, bu fikirləri publika.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib.
Ekspert ölkəmizdə pensiya sistemində varislik hüququnun olmamasından və bu halın yığılan kapitalın sonrakı aqibətinə təsirindən də bəhs edib:
"Azərbaycanda yığılan kapitalın (red - minimal pensiya kapitalını nəzərdə tutur) sərfiyyatı pensiyaya çıxdıqdan sonrakı 12 il üçün nəzərdə tutulur. Yəni bir insanın 12-ci ildən sonrakı pensiyası digər şəxslərin kapitalı hesabına təmin olunur. Bu o deməkdir ki, bir şəxs pensiya yaşına çatmamış vəfat etdikdə, onun yığılmış pensiya kapitalı öz ailə üzvlərinin və ya digər yaxın qohumlarının təminatı üçün istifadə olunmur, dövlətin hesabına keçir".
P.Heydərov onu da vurğulayıb ki, ölkəmizdə 2019-cu ildən etibarən DSMF-nin tədricən dövlət büdcəsindən asılılığının azaldılmasına başlanılıb, bu istiqamətdə vacib addımlar atılır. Hazırda qanunvericiliyə dəyişikliklər hazırlanır ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərini investisiya məqsədləri üçün də istifadə etmək mümkün olsun. O cümlədən minimal pensiya kapitalından sonradan ailə üzvlərinin yararlana bilməsi ilə bağlı mexanizm hazırlanır.
İqtisadçı əlavə edib ki, özəl pensiya fondlarının yaradılması və DSMF-nin vəsaitlərinin yeni mənbələr hesabına artması sözügedən problemdən ən yaxşı çıxış yolu ola bilər.
Qlobal yükdaşıma aviaşirkəti Silk Way West Airlines bu həftədən etibarə
"Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıq
"ATƏT-ə çətin dövrdə sədrlik edirəm. Biz inanırıq ki, ATƏT-in ba
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun D
Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, �
Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident Ermənistan
"Bu gün doğum günüm olsa da, etmədim. Vətənim 3 şəhid verdiyi ər�
Xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər
Ölkə hökuməti Ukrayna ilə sərhəddə hərbi ssenarilərin qarşısını al
"CinemaPlus" kinoteatrlar şəbəkəsində 13 aprel tarixindən etibar
Dövlət Proqramının Tədbirlər Planının əhalinin geri qayıdışının v�
Müğənni Gülay Zeynallı haqqında yayılan xəbərləri ələ salıb.
Bu ilin mart ayında Türkiyə limanları 4 min 620 gəmi qəbul edib.