Prezident: Ermənistan dünən sərhəddə baş vermiş insidenti məqsədyönlü şəkildə törədib
Siyasət 12 Apr 2023 12:43:00 255 0
Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır.
Bu xəbəri də oxu: NATO Rusiyaya zərbə endirə bilər? Hərbi ekspert
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib.
Görüş zamanı Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırdı. Bu baxımdan dövlətimizin başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğuladı və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini dedi və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırdı.
Dövlətimizin başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirdi.
Son.az
"Bu gün doğum günüm olsa da, etmədim. Vətənim 3 şəhid verdiyi ər�
Xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər
Ölkə hökuməti Ukrayna ilə sərhəddə hərbi ssenarilərin qarşısını al
"CinemaPlus" kinoteatrlar şəbəkəsində 13 aprel tarixindən etibar
Dövlət Proqramının Tədbirlər Planının əhalinin geri qayıdışının v�
Müğənni Gülay Zeynallı haqqında yayılan xəbərləri ələ salıb.
Bu ilin mart ayında Türkiyə limanları 4 min 620 gəmi qəbul edib.
Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsind
Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna görə Rusiyanın hə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Neft hasilatını azaltmaq qərarı səkkiz OPEC+ üzvü tərəfindən qəbul ed
Sərhəddə davam edən gərginlik, düşmən təxribatı nəticəsində şəhid
Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayı�
İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı hər gün xəbərlə