“Çarəsizəm, deməyə söz də tapmıram”
Şou-biznes 12 Apr 2023 11:56:00 290 0
Sərhəddə davam edən gərginlik, düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızla bağlı xəbərlər hər kəs tərəfindən dərin kədər və təəssüf hissi ilə qarşılanır.
Bu xəbəri də oxu: 15 gün komada qalan 32 yaşlı reper vəfat etdi
Hələ 1990-cı illərdə düşmənin törətdiyi mənfur əməllərin canlı şahidi olan Xalq artisti Firəngiz Mütəllimova da xəbərləri eşitdikdən sonra məyus olduğunu bildirib.
Son.az xəbər verir ki, bu barədə sənətçi olay-la həmsöhbət olarkən danışıb. F. Mütəllimova söyləyib ki, əsgərlərimizə görə narahatdır və onlar üçün dua edir:
"Demək olar, son 4-5 ildə dünyanın bütün xəbərlərini oxuyuram. Sərhəddə baş verən hadisələri izləyirəm. Hər yarım saatdan bir saytlara, xəbərlərə baxıram. Xarici KİV-i, Türkiyədən, Rusiyadan olan saytları, kanalları izləyirəm. Görüm, kim nə deyir, necə yanaşır, qərəzlidir, ya qərəzsiz. Bu gün də xəbəri oxudum ki, şəhidimiz var, əlim-ayağım əsdi. Nə deyə bilərəm? Əlimi göyə qaldırıb dua edirdim, siz yazdız. Deyirəm, ay Allah, özün bu ermənilərin, onların havadarlarının, nəslini, kökünü, izini-tozunu işğaldan azad olunmuş Qarabağ torpaqlarından birdəfəlik kəs, rədd olub getsinlər.
Sözüm budur. Onlar gedən deyil. Siz yaxşı tanımırsız, mən onlarla yaşamışam. Dünyada ən gözəl millət bizik. Biz tam fərqliyik. Bunlar nədir, nə millətidir, necə şərəfsizdirlər... Şərəfsiz də deyə bilmirsən. Ən azından o sözü dediyin adam nəsə anlayır. Ancaq dua edirəm ki, Allah əsgərlərimizi qorusun, onlara cansağlığı versin. Bütün analar kimi dua edirəm, həyəcanla gözləyirəm. Onları Allaha həvalə edirəm, yenə də aprel ayı gəldi. Ötən il, bu il... Elə bil aprel ayı gələndə bunlara nə olur. Daşıyırdılar, silah gətirirdilər, nə edirdilər. Allah eko-aktivistlərin canını sağ etsin. Onlar orada durdular, heç olmasa bir az təxribatlar azalmışdı. Tanrı Azərbaycanımızı, millətimizi onların qəfil təxribatından, terrorundan, alçaq, mundar niyyətindən qorusun. Söz də tapmıram, yediyimiz-içdiyimiz burnumuzdan gəlir. Onlar bizə qarşı təxribat törədir, yenə başlayıblar, dünya da görür. Amma kaş düz görərdi. Hər kəsə səbr arzulayıram. Başqa çarəmiz yoxdur, onları ya silib, yox etmək lazımdır. Ya da bilmirəm. Çarəsizəm, deməyə söz də tapmıram. Allah hamımıza kömək olsun, dövlətimizi, əsgərlərimizi, xalqımızı qorusun".
Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayı�
İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı hər gün xəbərlə
Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı "Azərlotereya"
Qardaş Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçki
Xalq artisti Röya Ayxan Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi t�
Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası başlayıb
Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini Azər Baxışov bar�
2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə po
Hesablama Palatası ötən il dövlət qurumlarında aşkar olunan əsas nöqsan
Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.
Ərazilərin işğaldan azad edilməsi məqsədilə effektiv əks-hücum əməli
"Mənim xəbərim olmadan hərbi xidmətə könüllü yazılmışdı".
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri il
Bakının Nizami rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticəl
Ötən ilin dekabrında Bakının Babək prospektində yol qəzası törədən K