Ötən il dövlət qurumlarında aşkar olunan əsas nöqsanlar açıqlandı
Digərləri 12 Apr 2023 11:15:00 274 0
Hesablama Palatası ötən il dövlət qurumlarında aşkar olunan əsas nöqsanları açıqlayıb.
Bu xəbəri də oxu: Yeniyetmə dəm qazından zəhərləndi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.
Hesabat ilində 26 uyğunluq auditində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Büdcə qanunvericiliyinin pozulması üzrə daha çox rast gəlinən nöqsanlar kimi "Büdcə sistemi haqqında", "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunlarının, Əmək Məcəlləsinin tələblərinin pozulmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrı-ayrı istiqamətlərdə müəyyən etdiyi xərc normativlərinə və prosedurlara əməl olunmamasını göstərmək olar.
Uyğunluq auditlərinin nəticələrinin təhlili 22 auditdə büdcə vəsaitlərinin idarəedilməsi istiqamətində nöqsanların aşkar edildiyini və yaranan nöqsanların əhəmiyyətli hissəsinin qurumlar tərəfindən proqnozlaşdırma və planlaşdırma işinə lazımi diqqətin ayrılmaması ilə bağlı olduğunu göstərir. Xarakterik nöqsan və uyğunsuzluqlar kimi dövlət vəsaitinə tələbatın düzgün müəyyənləşdirilməməsini, əvvəlki illərlə müqayisədə büdcənin əsassız artımlarla tərtib edilməsini, il ərzində dəfələrlə və çoxistiqamətli dəyişikliklərin aparılmasını, dövlət subsidiyalarına tələbatın düzgün hesablanmamasını, xərclərin funksional və iqtisadi təsnifatın müvafiq xərc istiqamətlərində düzgün proqnozlaşdırılmamasını, xərclər smetasında nəzərdə tutulmayan xərclərin maliyyələşdirilməsini, "COVİD-19"-la mübarizəyə ayrılmış vəsaitin digər məqsədlərə yönəldilməsini, ilin sonunda xəzinə hesablarında qalan vəsaitin büdcəyə qaytarılmaması üçün üçtərəfli müqavilə bağlanmaqla banklarda açılan akkreditiv hesablara yönəldilməsini, büdcə vəsaitinin bank hesablarında istifadəsiz saxlanılmasını, yığım və digər daxilolmaların dövlət büdcəsinin gəlirlərinə aid edilməməsini, vəzifə və funksiyalara aid olan işlərin yerinə yetirilməsinin kənar şəxslərə sifariş olunmasını qeyd etmək olar.
Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.
Ərazilərin işğaldan azad edilməsi məqsədilə effektiv əks-hücum əməli
"Mənim xəbərim olmadan hərbi xidmətə könüllü yazılmışdı".
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri il
Bakının Nizami rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticəl
Ötən ilin dekabrında Bakının Babək prospektində yol qəzası törədən K
Rusiya hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığındakı Ukrayna möv
İran sözdə yumuşalma göstərsə də, əməldə biz bunu görmürük. Əməl
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik
Türkiyənin Rusiya və Ukrayna ilə fəal təmasları nəticəsində sülh pers
Xəbər verdiyimiz kimi, dünən erməni təxribatı nəticəsində üç hərbç
Ukrayna Silahlı Qüvvələri yayda zəbt olunmuş əraziləri azad etmək üç�
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və
Geosiyasi transformasiyalar və risklər fonunda Türkiyə güclü və birlik i�