"Yeni Klinika"da müalicəsi davam edən yaralıların SON VƏZİYYƏTİ


Digərləri 28 Dek 2024 17:03:00 62 0

"Yeni Klinika"da müalicəsi davam edən yaralıların SON VƏZİYYƏTİ

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Məlumat verildiyi kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan şəxslər TƏBİB-in tabeliyindəki "Yeni Klinika"ya hospitalizasiya olunub.

Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib.

Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

1 nəfərin (qadın cinsli) vəziyyəti orta ağır, 1 nəfərin (kişi cinsli) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir",-deyə qurumdan əlavə edilib.

Qeyd edilib ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib. Üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (qadın cinsli) üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Dünyanın ən qorxulu gölü  Toxunanlar daşa dönür like
  • 28 Dek 16:54  
Dünya Dünyanın ən qorxulu gölü Toxunanlar daşa dönür

Tanzaniyada yerləşən Natron gölü dünyanın ən təhlükəli gölü kimi t

arrow Ətraflı
Vüqar Qurbanov Afiq Fərruxovu direktor təyin etdi like
  • 28 Dek 16:44  
Digərləri Vüqar Qurbanov Afiq Fərruxovu direktor təyin etdi

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

arrow Ətraflı
14 gün şəkər yeməsək orqanizmdə nə baş verər? like
  • 28 Dek 16:22  
Digərləri 14 gün şəkər yeməsək orqanizmdə nə baş verər?

Şəkəri həyatınızdan çıxarmaq yuxu keyfiyyətini artırır, daha rahat ya

arrow Ətraflı
Metro istifadəçilərinin nəzərinə like
  • 28 Dek 16:14  
Digərləri Metro istifadəçilərinin nəzərinə

Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafikl

arrow Ətraflı
Vətəndaşları sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanıldı like
  • 28 Dek 16:07  
Digərləri Vətəndaşları sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanıldı

Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vəd

arrow Ətraflı
Bu yolda sürət həddi bərpa edildi like
  • 28 Dek 15:58  
Digərləri Bu yolda sürət həddi bərpa edildi

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəz

arrow Ətraflı
Bankların bayram günlərində iş qrafiki like
  • 28 Dek 15:55  
Digərləri Bankların bayram günlərində iş qrafiki

30 dekabr 2024 - 5 yanvar 2025-ci tarixləri olan qeyri-iş günlərində bankla

arrow Ətraflı
Qazaxıstanlı hərbçi təyyarə qəzasından sonra insanları necə xilas etdi? like
  • 28 Dek 15:50  
Digərləri Qazaxıstanlı hərbçi təyyarə qəzasından sonra insanları necə xilas etdi?

Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin aviasiya bazasının hər

arrow Ətraflı
"Getdiyi yeri mənə demirdi"  Həyat yoldaşını qətlə yetirən kişi like
  • 28 Dek 15:42  
Digərləri "Getdiyi yeri mənə demirdi" Həyat yoldaşını qətlə yetirən kişi

Həyat yoldaşını qətlə yetirən ərin məhkəmə prosesi başlayıb.

arrow Ətraflı