Neft hasilatını azaltmaq qərarı: OPEC+ daxilində yeni konfiqurasiya?


Digərləri 12 Apr 2023 12:00:00 279 0

Neft hasilatını azaltmaq qərarı: OPEC+ daxilində yeni konfiqurasiya?

Neft hasilatını azaltmaq qərarı səkkiz OPEC+ üzvü tərəfindən qəbul edilib ki, bunu da saziş çərçivəsində yeni konfiqurasiya hesab etmək olar.

Bu barədə Trend-ə çərşənbə günü Yeni Cənub Siyasət Mərkəzinin (PCNS, Rabat) və Fransa Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (IRIS, Paris) böyük elmi işçisi Fransis Perren deyib.

"Neft istehsal və ixrac edən bir neçə ölkə mart ayında maliyyə böhranının neft qiymətlərinə mənfi təsiri ilə əlaqədar olaraq neft hasilatını daha da azaltmaq imkanını nəzərdən keçirməyə qərar verib. Müəyyən məqamda Brent markalı neftin qiymətləri təqribən bir barelə görə 70 dollaradək düşüb. Bu səviyyə bir sıra neft ölkəsi üçün olduqca aşağıdır və onlardan bəziləri ucuzlaşmanın daha aşağı səviyyəyədək davam edə biləcəyinə görə narahat olublar. Bu istehsalçıları bir barelə görə 80 dollardan aşağı və ya azca yuxarı qiymət qane edir. Səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Əlcəzair, Qabon, Qazaxıstan və Oman) aprelin 2-də may ayından etibarən bu ilin sonunadək hasilatı gündəlik 1,16 milyon barelə qədər azaldacaqlarını bəyan ediblər", - o deyib.

F.Perrenin sözlərinə görə, bunun OPEC+ qərarı olmadığını vurğulamaq lazımdır.

"OPEC+ 23 ölkənin 2016-cı ilin sonunda yaradılmış koalisiyasıdır. OPEC 13 ölkənin 1960-cı ildə yaradılmış təşkilatıdır. OPEC-in hər bir üzv ölkəsi OPEC+ koalisiyasının bir hissəsidir. Bu qərarı həmin 23 ölkə deyil, onlardan 8-i qəbul edib. Bu yeni konfiqurasiyadır. Bu qərarın neft qiymətlərinə təsiri sürətli və güclü olub. Aprelin 3-də Brent və West Texas Intermediate (WTI) markalı neftin bir barelinin qiymətl təqribən beş dollaradək artıb. Beləliklə, hazırda missiyanın yerinə yetirildiyini demək olar. Bununla belə, hələ ki, bu səkkiz ölkənin öz öhdəliklərini tam yerinə yetirib-yetirmədikləri aydın deyil, lakin heç bir şübhə yoxdur ki, bu qərar nəticəsində qlobal neft hasilatı azalacaq", - deyə ekspert aydınlıq gətirib.

O xatırladıb ki, bundan əvvəl fevral ayında Rusiya rəsmiləri mart ayında ölkələrində hasilatın gündəlik 500 min barelədək azalacağını bəyan ediblər.

"Buna qədər isə 2022-ci ilin oktyabrında OPEC+ 2022-ci ilin noyabrından 2023-cü ilin sonunadək hasilatını gündəlik 2 milyon barelədək azaltmaq qərarı qəbul edib. Bu azaltmalar Vaşinqtonda heç də müsbət qarşılanmır. Bayden administrasiyası OPEC+-un 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarından çox dilxor olmuşdu. 2 aprel 2023-cü il tarixli qərara gəlincə, ABŞ hökuməti bazarın qeyri-müəyyənliyini nəzərə aldıqda azaltmaların məqsədəuyğun olmadığını bildirib. Biz hələ ki, ABŞ-ın çox mülayim reaksiya verdiyini müşahidə edirik", - analitik deyib.

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına əsasən, 2023-cü ildə dünyada neftə tələbat gündəlik 2 milyon barelə, neft təklifi isə gündəlik 1,6 milyon barelə çatacaq. Bu proqnozlar həmin səkkiz OPEC+ ölkəsinin bu yaxındakı qərarından əvvəl dərc olunub.

“Çarəsizəm, deməyə söz də tapmıram” like
  • 12 Apr 11:56  
Şou-biznes “Çarəsizəm, deməyə söz də tapmıram”

Sərhəddə davam edən gərginlik, düşmən təxribatı nəticəsində şəhid

arrow Ətraflı
Şəhid olan hərbçimiz Vidadi Zalov dəfn olunub  FOTO like
  • 12 Apr 11:52  
Digərləri Şəhid olan hərbçimiz Vidadi Zalov dəfn olunub FOTO

Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayı�

arrow Ətraflı
İranın bu bölgəsi alovlandı: like
  • 12 Apr 11:45  
Digərləri İranın bu bölgəsi alovlandı:

İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı hər gün xəbərlə

arrow Ətraflı
“Azərlotereya”dan daha bir yenilik like
  • 12 Apr 11:43  
Digərləri “Azərlotereya”dan daha bir yenilik

Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı "Azərlotereya"

arrow Ətraflı
PKK heyranları Kılıçdaroğlunun deputat siyahısında like
  • 12 Apr 11:40  
Digərləri PKK heyranları Kılıçdaroğlunun deputat siyahısında

Qardaş Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçki

arrow Ətraflı
“İndi xəbər tutdum, çox ağırdır” like
  • 12 Apr 11:34  
Şou-biznes “İndi xəbər tutdum, çox ağırdır”

Xalq artisti Röya Ayxan Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi t�

arrow Ətraflı
Füzulidə Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası başlayıb  FOTO like
  • 12 Apr 11:31  
Digərləri Füzulidə Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası başlayıb FOTO

Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası başlayıb

arrow Ətraflı
Bələdiyyə sədri cərimələndi like
  • 12 Apr 11:19  
Digərləri Bələdiyyə sədri cərimələndi

Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini Azər Baxışov bar�

arrow Ətraflı
Dövlət qurumlarında 481 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb like
  • 12 Apr 11:17  
Digərləri Dövlət qurumlarında 481 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb

2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə po

arrow Ətraflı
Ötən il dövlət qurumlarında aşkar olunan əsas nöqsanlar açıqlandı like
  • 12 Apr 11:15  
Digərləri Ötən il dövlət qurumlarında aşkar olunan əsas nöqsanlar açıqlandı

Hesablama Palatası ötən il dövlət qurumlarında aşkar olunan əsas nöqsan

arrow Ətraflı
Zülfiyyə Xanbabayevanın qızı NASAnın mükafatını qazandı like
  • 12 Apr 11:12  
Şou-biznes Zülfiyyə Xanbabayevanın qızı NASAnın mükafatını qazandı

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.

arrow Ətraflı
Əkshücum qərarını Ukrayna rəhbərliyi qəbul edir like
  • 12 Apr 10:50  
Dünya Əkshücum qərarını Ukrayna rəhbərliyi qəbul edir

Ərazilərin işğaldan azad edilməsi məqsədilə effektiv əks-hücum əməli

arrow Ətraflı
Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi like
  • 12 Apr 10:43  
Siyasət Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri il

arrow Ətraflı
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var like
  • 12 Apr 08:27  
Digərləri Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Nizami rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticəl

arrow Ətraflı