ATƏT sədri: Dayanıqlı sülh təmin olmalıdır
Siyasət 12 Apr 2023 13:04:00 277 0
"ATƏT-ə çətin dövrdə sədrlik edirəm. Biz inanırıq ki, ATƏT-in baxışı inklüziv və əhatəli olmalıdır. Avropa regionunda konsensus əsasında ölkələrin ərazi bütövlüyünün təmin olması ilə ATƏT öz potensialı və resurslarından istifadə edərək təhlükəsizliyi təmin etməlidir. Azərbaycan kimi ölkələrin rolu burda böyükdür".
Bu xəbəri də oxu: Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneədir
Son.az APA-ya istinadən bildirir ki, bunu Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də regionda yaşayanlar üçün dayanıqlı sülh təmin olmalıdır: "Bütün tərəfləri sülh əsaslı mexanizmlərdən istifadə etməyə çağırıram. Azərbaycan və Ermənistan arasındakı və digər münaqişələr sülhlə həll olunmalıdır. İkitərəfli münasibətlər davam edir, delimatasiya və demarkasiya prosesi gedir, ATƏT sədri olaraq sülhü təşviq edən təşəbbüsləri dəstəkləyirəm.
Mənim Bakıdan mesajım odur ki, biz bu çağırışları, çətinlikləri yaşamışıq. Biz bilirik ki, bu necə ağrılıdır, Şimali Makedoniya mürəkkəb çağırışları dəf etməyə nail olub. Biz öyrəndik ki, bu münaqişələr nə qədər çətin olsa da, dialoqa mane olan hallar dəf oluna bilər, biz, insanlarımızı qoruya bilərik. Etibarlılığın yaradılması, döyüş meydanından uzaqlaşmağa, danışıqlar masasına yaxın olmağa çağırırıq. Biz, ATƏT sədri olaraq tərəflərə yardım etmək istiqamətində işləməyə çağırırıq.
İkitərəfli əlaqələrimizə gəlincə, biz işgüzar münasibətlərimizi, xalqlarımız arasında münasibətləri gücləndirməliyik".
Son.az
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun D
Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, �
Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident Ermənistan
"Bu gün doğum günüm olsa da, etmədim. Vətənim 3 şəhid verdiyi ər�
Xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər
Ölkə hökuməti Ukrayna ilə sərhəddə hərbi ssenarilərin qarşısını al
"CinemaPlus" kinoteatrlar şəbəkəsində 13 aprel tarixindən etibar
Dövlət Proqramının Tədbirlər Planının əhalinin geri qayıdışının v�
Müğənni Gülay Zeynallı haqqında yayılan xəbərləri ələ salıb.
Bu ilin mart ayında Türkiyə limanları 4 min 620 gəmi qəbul edib.
Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsind
Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna görə Rusiyanın hə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid