Ermənistan sülhdən İMTİNA EDİR
Siyasət 12 Apr 2023 13:15:00 295 0
Xəbər verdiyimiz kimi, ötən gün erməni silahlı bölmələrinin Laçın istiqamətində şərti sərhəddə törətdiyi təxribat növbəti silahlı insidentlə yadda qaldı. Erməni təxribatı nəticəsində üç hərbçimizin şəhid xəbəri gəldi. Ordumuzun təxribata cavabı Ermənistan üçün daha ağır nəticələnib. Qarşı tərəfdən xeyli sayda ölən və yaralanan olduğu barədə məlumatlar var.
Bu xəbəri də oxu: Qəzanın səbəbləri ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunmalıdır XİN rəhbəri
Bu təxribatın məhz Vaşinqtonun, Brüsselin və Rusiyanın son günlər Bakı və İrəvan arasında sülh istiqamətində danışıqlar prosesinə vasitəçilik cəhdlərinin artması fonunda baş verməsi Ermənistanla Azərbaycanın təmaslarından narahat olan başqa qüvvələrin də mövcudluğu məsələsini aktuallaşdırır.
Bəs bu cür hərbi təxribatlar növbəti dəfə sülh danışıqlarını deaktivləşdirərək, hərbi güc amilini ortaya ata bilərmi?
Bu suala cavab almaq üçün Son.az Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadənin fikirlərini öyrənib.
O bildirib ki, Ermənistan sülhdə maraqlı olmadığını artıq 2 ildən çoxdur ki, açıq şəkildə nümayiş etdirir:
"Əbəs yerə medianı və postsovet məkanının əhalisini Qarabağımızın ətrafındakı vəziyyət maraqlandırmır. Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadakı bütün münaqişələrin ortaq mahiyyəti var. İşğaldan azad olma təcrübəsini araşdırsaq özümüz üçün bunu aydınlaşdırmış olarıq.
İkinci Qarabağ müharibəsi nəticəsində Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan arasında 10 noyabr sazişi imzalanıb. O tarixdən 2 ildən çox vaxt keçib. Ermənistan üzərinə götürdüyü öhdəliklərdən imtina edir: Ermənistan dövləti Qarabağ separatçıları üçün ayırdığı maliyyəni kəsmir (ildə 300 milyon dollar) və ərazimizdəki separatçılara silah və silahlı şəxslərin göndərilməsi prosesi dayanmır.
Bu azmış kimi İrəvan Naxçıvan anklavımıza dəhliz verməkdən imtina edir, sərhədimizin perimetri boyunca işğal altında olan 8 yaşayış məntəqəsini (Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndi) qaytarmır və sülh müqaviləsi imzalamır. Proseslərin bu cür də qalaraq davam etməsi bölgədə növbəti eskalasiyanı qaçılmaza çevirir".
Təhməz Əsədov Son.az
"Bir çox inkişaf etmiş dünya ölkələrində vəziyyət belədir ki, ş
Qlobal yükdaşıma aviaşirkəti Silk Way West Airlines bu həftədən etibarə
"Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıq
"ATƏT-ə çətin dövrdə sədrlik edirəm. Biz inanırıq ki, ATƏT-in ba
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun D
Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, �
Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident Ermənistan
"Bu gün doğum günüm olsa da, etmədim. Vətənim 3 şəhid verdiyi ər�
Xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər
Ölkə hökuməti Ukrayna ilə sərhəddə hərbi ssenarilərin qarşısını al
"CinemaPlus" kinoteatrlar şəbəkəsində 13 aprel tarixindən etibar
Dövlət Proqramının Tədbirlər Planının əhalinin geri qayıdışının v�
Müğənni Gülay Zeynallı haqqında yayılan xəbərləri ələ salıb.