Qəbələdə Yengicə su anbarı tikiləcək
Siyasət 12 Apr 2023 15:27:00 298 0
Prezident İlham Əliyev Yengicə su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: NATO Rusiyaya zərbə endirə bilər? Hərbi ekspert
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır.
Sərəncama görə, Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.
"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xalq artisti Əli Nur geyindiyi əsgər geyimindən bəhs edib.
Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əley
Əlcəzairin Arzew limanından yola düşən mayeləşdirilmiş təbii qaz (LNG)
Bu döyüşlər - qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın Qara
Türkiyənin Baykar şirkəti KEMANKEŞ raketini TEKNOFEST-də nümayiş etdirə
Qax sakini 65 yaşlı Seyfullah Feyzullayev bu ilin fevral ayında pensiya yaş�
2026-cı ilə qədər Füzuli şəhərinə təxminən 8 min, ümumilikdə Füzul
12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının
Ötən gün sərhəddə baş vermiş döyüşlərdə məhv edilən erməni hərb
İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 5%-dən çox bahalaş�
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sər
Türkiyənin hüquq-mühafizə orqanları İstanbul şəhərində İŞİD və Ə
Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.