"Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər" FOTO


Şou-biznes 11 Apr 2023 16:24:00 362 0

"Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər"  FOTO

"Bütün xanımlar kimi mən də gözəlliyimə və görünüşümə baxmağı çox sevirəm. Geyim xanım üçün çox önəmlidir. Arıq və formada olan qadınlar hər zaman gənc görünür. Xanımlar özlərinə qulluq etməlidirlər. Bəzən qadınlar baxım məsələlərini pula bağlayıb, problem edirlər.

Amma biz internet dövründə yaşayırıq, "Google" və "YouTube"da baxımla bağlı o qədər gözəl məsləhətlər var ki... Onlardan heç olmasa səhər və axşam yararlansalar, dəriləri təravətli və cavan qalar". 

Son.az xəbər verir ki, bu sözləri Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal bizim.media-nın əməkdaşı ilə söhbətində deyib. 

Geyimlərinin qiymətindən və markasından danışmağı sevməyən estrada ulduzu bildirib ki, bundan sonrada səhnə obrazını dəyişmək niyyətində deyil: 

"Sevmirəm geyimlərimin qiymətini açıqlayım və bununla gündəmə gəlim. Bu düzgün deyil. Hansı geyimi sevirəmsə onu da alıb, geyinirəm. Mənim üçün həmin geyimin marka və ya qiymətinin yüksək olub-olmaması önəmli deyil. Əsas odur ki, yaraşsın. Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər. Bir-iki dəfə stilistlərlə işlədim. Onlar tərzimi dəyişməyə çalışdılar. Amma mənim artıq bir obrazım var və səhnə imicimdən də kənar çıxmaq xoşlamıram. Koordinal dəyişimləri də sevmirəm.  Necə varamsa elə də qalım". 

Nigar idmançı qızları Jasmin və Səidədən də söhbət açıb: 

"Böyük qızım Jasmin hazırda tətildə, Bakıda yanımdadır. Onun doğum gününü qeyd etdik. Amma bir neçə gündən sonra o yenidən Londona qayıdacaq. Bilirsiniz ki, övladlarım orada yaşayıb, təhsil alırlar. Jasmin hələ də peşəkar futbol ilə məşğul olur. Dünyanın ən güclü məktəbləri İngiltərədədir. Jasmin Bakıdakı peşəkar futbolçulardan futbolu daha yaxşı oynayır. Digər qızım Səidə də idmanla məşğul olurdu. Amma hələki idmanı dayandırıb". 

N.Camal bir müddət əvvəl rus həmkarı Dima Bilanın konsertində duet çıxışından da danışıb. Müğənni bildirib ki, onların çıxışları üçün hazırlanan nömrə Nigara yıxılmaq qorxusu yaşadıb:  

"Rusiya tamaşaçıları konsertləri çox sevirlər. Dima Bilanın konserti çox yüksək səviyyədə keçdi. Dima ilə "Обними меня" (Məni qucaqla) adlı duetimiz var. Həmin duet üçün xüsusi nömrə hazırlanmışdı. Uzun pilləkanlara çıxmalı idim. O konstruksiya isə silkələnirdi. Ora qalxıb, sonra da düşməli idim.

İnanın neçə dəfə məşq etsəm də, ora qalxıb-düşməkdən çox qorxurdum. Ayağımda da hündürdaban ayaqqabı var idi. Hər an yıxılmaq təhlükəsi vardı. Amma şükürlər olsun ki, heç bir pis hadisə yaşanmadı". 

Nigar müsahibənin sonunda bu il ölkəmizi "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanov qardaşlarının yarışmada beşlikdə gördüyünü açıqlayıb:

"Təmsilçilərimiz maraqlı simalardır və mahnıları da dünya şöhrətli "The Beatles" qrupunun nəğmələrinə çox bənzərdir. Bu qrup isə şou-biznes həyatına Liverpul şəhərindən başlayıb. Bu il də "Avroviziya" yarışması bu şəhərdə baş tutacaq. Düşünürəm ki, təmsilçilərimiz və oxuduqları mahnı insanların xoşuna gələcək. Məncə onlar beşliyə daxil olacaqlar. Alınsa onları elə orada gedib dəstəkləyəcəyəm. Bukmeykerləri Eldarla məni onluqda görürdülər. Amma biz beşliyə düşdük və "Avroviziya"da qalib gəldik. Proqnozlar bəzən səhv olur". 

Arzu Nağıyev danışır, bəs sizə nə oldu, həmkarlar?  VİDEO like
  • 11 Apr 16:17  
Siyasət Arzu Nağıyev danışır, bəs sizə nə oldu, həmkarlar? VİDEO

 "Çox danışma - çox düşün. Yaxşı həyat qanunudur". Qədim R

arrow Ətraflı
Çörək sexlərində yenə nöqsan tapıldı, kif, göbələk... VİDEO like
  • 11 Apr 16:12  
Digərləri Çörək sexlərində yenə nöqsan tapıldı, kif, göbələk... VİDEO

Çörək sexlərində yenə nöqsan tapıldı - kif, göbələk və s.

arrow Ətraflı
Alimlər az qala özlərini elmə qurban verəcəkdilər  VİDEO like
  • 11 Apr 16:00  
Dünya Alimlər az qala özlərini elmə qurban verəcəkdilər VİDEO

Kamçatkada (Rusiya) "Bezımyannı" vulkanının tədqiqi zamanı ali

arrow Ətraflı
Yüksək vəzifəyə təyin edilən Samir Seyidəhmədli kimdir? like
  • 11 Apr 15:54  
Digərləri Yüksək vəzifəyə təyin edilən Samir Seyidəhmədli kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhm

arrow Ətraflı
Murovdağ tunelində son vəziyyət açıqlandı  VİDEO  FOTO like
  • 11 Apr 15:50  
Digərləri Murovdağ tunelində son vəziyyət açıqlandı VİDEO FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının i

arrow Ətraflı
Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi like
  • 11 Apr 15:25  
Digərləri Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi

İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı

arrow Ətraflı
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinə müavin təyin edilib like
  • 11 Apr 15:23  
Siyasət Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinə müavin təyin edilib

Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbayca

arrow Ətraflı
Bakı ətrafına təhlükəsizlik kəməri çəkir  Düşmənin planı like
  • 11 Apr 15:22  
Siyasət Bakı ətrafına təhlükəsizlik kəməri çəkir Düşmənin planı

"Prezident İlham Əliyev bütün səfərləri ilə, mesajları ilə sübut

arrow Ətraflı
"Mühafizəçi Xalq artistindən artıq maaş alır" like
  • 11 Apr 15:12  
Şou-biznes "Mühafizəçi Xalq artistindən artıq maaş alır"

"Bu gün gömrük idarəsində, dəmiryolu, nəqliyyat və digər yerlərd�

arrow Ətraflı
Heydər Əliyev göstərdi ki, xalqlar arasında uğurlu əməkdaşlıq necə olmalıdır like
  • 11 Apr 15:00  
Siyasət Heydər Əliyev göstərdi ki, xalqlar arasında uğurlu əməkdaşlıq necə olmalıdır

Heydər Əliyevin 100 illiyini Azərbaycanla birlikdə qeyd edən gürcülər on

arrow Ətraflı
Səfərbərliyin ikinci dalğası başlayacaq? like
  • 11 Apr 14:54  
Dünya Səfərbərliyin ikinci dalğası başlayacaq?

Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layih�

arrow Ətraflı
ABŞ İnstitutu: "İranda etiraz fəallığı artıb, istefalar gözlənilir" like
  • 11 Apr 14:32  
Digərləri ABŞ İnstitutu: "İranda etiraz fəallığı artıb, istefalar gözlənilir"

Aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb.

arrow Ətraflı