Arzu Nağıyev danışır, bəs sizə nə oldu, həmkarlar? VİDEO


Siyasət 11 Apr 2023 16:17:00 310 0

Arzu Nağıyev danışır, bəs sizə nə oldu, həmkarlar?  VİDEO

 "Çox danışma - çox düşün. Yaxşı həyat qanunudur". Qədim Roma imperatoru Mark Avrelinin deyimi sanki paslanmayan polad təkidir - illər keçsə də, rövnəqini itirmir.

Əfsuslar olsun ki, ölkəmizdə çox düşünüb az danışanların sayı az düşünüb çox danışanların sayından dəfələrlə artıqdır.

Hərşeyşünaslıq, verilən konkret suala mümkün qədər mücərrəd, qarışıq cavab verilməsi bir para "ekspert"lərlə yanaşı, bəzi millət vəkillərimizə də sirayət edib.

Onlar üçün deyilən kəlmələrin məzmunu, o kəlmələrdəki fikrin bitkinliyi və səbatı önəmli deyil. Əsas odur ekranda görünəsən, danışasan.

Jurnalist sual verdimi - Cəlil Məmmədquluzadənin məşhur personajlarından biri təki, "dəxi susma, danış, hərdənbir də barmağını qovza ki, dərin molla desinlər".

Siyasi elmlər, soyuqqanlı təhlil, erudisiya, mahiyyətdən bəhs edib problemi anlaşılan tərzdə təqdimat və s. - bütün bunlar həmin şəxslər üçün sxolastika ilə "Əl Əbcəd"in qarışığıdır ki, mümkün qədər uzaq dururlar.

Milli Məclisin deputatı Arzu Nağıyev kimi.

Məsələn, A.Nağıyev Azərbaycan-Gürcüstan münasibətlərinin indiki vəziyyəti və perspektivlərindən danışarkən "münasibətlərin rola təsirinin münasibətlərinin nəticəsi", "26 nəfər Gürcüstan əsilli azərbaycanlımızın 44 günlük Vətən müharibəsində şəhid olması ilə bağlı görüşlər keçirilirdi deyər, Bakı-Tbilisi müzakirələrini "söhbətlər aparılırdı" kimi təqdim etmək, iki dövlət arasında zirvə görüşlərini "bütün istiqamətlərdə, o cümlədən həsas təbəqə ilə bağlı" formasında şərh edər, İranın Azərbaycanla bağlı siyasətindən danışanda "onlar ölkəmizdə bir neçə dəfə İslam dövləti qurmaq istəyiblər" söyləyər.

Yaxud Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olması üçün təklif edilmiş "3+3" (Azərbaycan, Gürcüstan, Ermənistan + Rusiya, Türkiyə, İran) müzakirələr formatında A.Nağıyev Gürcüstanı "lider ölkə" saya bilər, erməni işğalı illərində həmin torpaqlardakı 67 məscidimizin 65-nin erməni qəsbkarlar tərəfindən viran qoyulmasını "ermənilər 60 məsciddə inək saxlayırdılar" kimi deyə bilər.

Hər şey ola bilər.

Təki danışılsın, suallara cavablar verilsin.

O cavablar nə dərəcədə məntiqidir, səhihdir və ən azı, anlaşılandır - vacib deyil ki.

Əsas məsələ ekranlarda görünməkdir.

Çörək sexlərində yenə nöqsan tapıldı, kif, göbələk... VİDEO like
  • 11 Apr 16:12  
Digərləri Çörək sexlərində yenə nöqsan tapıldı, kif, göbələk... VİDEO

Çörək sexlərində yenə nöqsan tapıldı - kif, göbələk və s.

arrow Ətraflı
Alimlər az qala özlərini elmə qurban verəcəkdilər  VİDEO like
  • 11 Apr 16:00  
Dünya Alimlər az qala özlərini elmə qurban verəcəkdilər VİDEO

Kamçatkada (Rusiya) "Bezımyannı" vulkanının tədqiqi zamanı ali

arrow Ətraflı
Yüksək vəzifəyə təyin edilən Samir Seyidəhmədli kimdir? like
  • 11 Apr 15:54  
Digərləri Yüksək vəzifəyə təyin edilən Samir Seyidəhmədli kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhm

arrow Ətraflı
Murovdağ tunelində son vəziyyət açıqlandı  VİDEO  FOTO like
  • 11 Apr 15:50  
Digərləri Murovdağ tunelində son vəziyyət açıqlandı VİDEO FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının i

arrow Ətraflı
Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi like
  • 11 Apr 15:25  
Digərləri Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi

İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı

arrow Ətraflı
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinə müavin təyin edilib like
  • 11 Apr 15:23  
Siyasət Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinə müavin təyin edilib

Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbayca

arrow Ətraflı
Bakı ətrafına təhlükəsizlik kəməri çəkir  Düşmənin planı like
  • 11 Apr 15:22  
Siyasət Bakı ətrafına təhlükəsizlik kəməri çəkir Düşmənin planı

"Prezident İlham Əliyev bütün səfərləri ilə, mesajları ilə sübut

arrow Ətraflı
"Mühafizəçi Xalq artistindən artıq maaş alır" like
  • 11 Apr 15:12  
Şou-biznes "Mühafizəçi Xalq artistindən artıq maaş alır"

"Bu gün gömrük idarəsində, dəmiryolu, nəqliyyat və digər yerlərd�

arrow Ətraflı
Heydər Əliyev göstərdi ki, xalqlar arasında uğurlu əməkdaşlıq necə olmalıdır like
  • 11 Apr 15:00  
Siyasət Heydər Əliyev göstərdi ki, xalqlar arasında uğurlu əməkdaşlıq necə olmalıdır

Heydər Əliyevin 100 illiyini Azərbaycanla birlikdə qeyd edən gürcülər on

arrow Ətraflı
Səfərbərliyin ikinci dalğası başlayacaq? like
  • 11 Apr 14:54  
Dünya Səfərbərliyin ikinci dalğası başlayacaq?

Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layih�

arrow Ətraflı
ABŞ İnstitutu: "İranda etiraz fəallığı artıb, istefalar gözlənilir" like
  • 11 Apr 14:32  
Digərləri ABŞ İnstitutu: "İranda etiraz fəallığı artıb, istefalar gözlənilir"

Aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb.

arrow Ətraflı
Qalmaqal: Aparıcı Əməkdar artisti efirə buraxmadı like
  • 11 Apr 14:27  
Şou-biznes Qalmaqal: Aparıcı Əməkdar artisti efirə buraxmadı

Bu gün "Space səhər" efirində gərgin anlar yaşanıb.

arrow Ətraflı