Bakı ətrafına təhlükəsizlik kəməri çəkir Düşmənin planı
Siyasət 11 Apr 2023 15:22:00 308 0
"Prezident İlham Əliyev bütün səfərləri ilə, mesajları ilə sübut edib ki, qlobal təfəkkürə malik mahir diplomatdır, strateqdir və son gerçəkləşən səfərləri, eləcə də ölkəmizdə qəbul etdiyi qonaqlar ölkəmizin geosiyasi strategiyasının reallaşmasına hesablanıb".
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
"Tacikistana çox uğurlu səfər həyata keçirildi və burada Mərkəzi Asiyanın roluna diqqət yetirmək lazımdır. Mərkəzi Asiyada mühüm geosiyasi proseslər gedir. Bütün dünyanın marağı bu gün Cənubi Qafqaza, Mərkəzi Asiyaya yönəlib və bu xüsusda M.Asiyanın nəqliyyat yükdaşımlarında rolu artır.
Orta Dəhliz ideyasının reallaşdırılması, Zəngəzur dəhlizinin açılması, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən məhz Tacikistanda verilən mühüm mesajlar bu gün həm də ölkəmizin təhlükəsizliyi ilə bağlı yaranan təhdidlərin neytrallaşdırılması istiqamətində oldu. Yaddan çıxarmaq olmaz ki, Tacikistan farsdilli dövlətdir və burada artıq verilən mesajların ünvanının hansı dövlət olması da aydın olur.
Eyni zamanda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə səfərdə oldu və bu, çox yaxşı liderlər arasında formalaşan bir ənənənin göstəricisidir. Çünki ötən ilin oktyabr ayında Prezident İlham Əliyev Gürcüstanda Mçxeta bölgəsində səfərdə idi və artıq Azərbaycanın və Gürcüstanın regionlarına da liderlər səfər edirlər və bölgələrdə yaranan şəraitlə tanış olmaq imkanı qazanırlar.
Gürcüstan Azərbaycan üçün çox önəmli tərəfdaşdır, Azərbaycanın Qərbə çıxış imkanlarının genişləndirilməsində hazırda mühüm potensial mövcuddur. Bakı-Tbilisi-Qars vasitəsi ilə yüklərin daha sürətli və intensiv şəkildə daşınması əsas prioritetdir.
Eyni zamanda həm də Azərbaycan prezidentinin Qazaxıstana səfəri də, həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yeni adla (Türk Dövlətləri Təşkilatı) fəaliyyət göstərir. Bu xüsusda Azərbaycan-Qazaxıstan münasibətləri də diqqət çəkir.
Mütləq şəkildə qeyd etməliyik ki, Qazaxıstan da , Tacikistan da KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvləridir. KTMT-nin üzvü kimi Ermənistan Azərbaycana qarşı məkirli niyyətlər güdür, çox qərəzli planlar fikirləşir. Onların da neytrallaşdırılması üçün bu görüşlər mühüm əhəmiyyət kəsb edirdi.
Bu gün yeni dünya düzəni formalaşdırılır və rəsmi Bakı hazırda prioritet və gündəmdə olan məsələləri diqqətdə saxlayır. Amma ən önəmli məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır. Təəssüflər olsun ki, Ermənistan bu prosesi uzatmaqla məşğuldur. Lakin Azərbaycan bölgədə və bölgədən uzaqda yerləşən dövlətlərə açıq mesajlar verir, Ermənistanın ətrafında formalaşan güc mərkəzlərinə, onların himayədarlarına da mühüm mesajlar ötürülür və əsas məqsəd bölgədə sülhün, təhlükəsziliyin və sabitliyin qorunmasından ibarətdir".
Təhməz Əsədov Son.az
"Bu gün gömrük idarəsində, dəmiryolu, nəqliyyat və digər yerlərd�
Heydər Əliyevin 100 illiyini Azərbaycanla birlikdə qeyd edən gürcülər on
Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layih�
Aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb.
Bu gün "Space səhər" efirində gərgin anlar yaşanıb.
Taksi şirkəti olan bolt sürücüləri etiraz məqsədi ilə kütləvi şəkil
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarix
Güney Azərbaycanda itkin düşən 15 yaşlı yeniyetmə Hadi Cəfərzadənin
Müğənni Xatirə İslam oğlu Emil ilə bərabər Birləşmiş Ərəb Əmirlik
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiymət
Prezident İlham Əliyev Novruz Aslanovun 1-ci dərəcəli "Vətənə xidm�
Prezident İlham Əliyev Aqil Abbasovun 1-ci dərəcəli "Vətənə xidmət
Prezident İlham Əliyev Cavanşir Paşazadənin "Şərəf" ordeni il�