Murovdağ tunelində son vəziyyət açıqlandı VİDEO FOTO
Digərləri 11 Apr 2023 15:50:00 317 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.
Bu xəbəri də oxu: Naxçıvanda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Bu barədə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ümumi uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib.
Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin tikintisi davam etdirilir. 3 tuneldə artıq qazma, püskürtmə və beton işləri tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 5 km-ə yaxın qazma, püskürtmə və beton işləri tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda aparılan tikinti işləri, həmçinin Laçın hava limanının tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi ilə tanış olub. Hazırda Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağının, süni qurğuların və tunellərin tikintisi davam etdirilir.
Səfər zamanı Saleh Məmmədov Laçın şəhərinin daxili yollarının bərpası layihəsi, həmçinin Xudafərin-Qubadlı-Laçın avtomobil yolu layihəsinin icra vəziyyətləri ilə tanış olub. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda torpaq yatağının və yol əsasının tikintisi, yol əsası hazır olan ərazilərin asfaltlanması, süni qurğuların, körpü və tunellərin inşası davam etdirilir. Ümumilikdə yol boyunca yerinə yetirilmiş işlər 40 faizdən artıqdır.
İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı
Azərbaycanda kişi şantaj olunub.
Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbayca
"Prezident İlham Əliyev bütün səfərləri ilə, mesajları ilə sübut
"Bu gün gömrük idarəsində, dəmiryolu, nəqliyyat və digər yerlərd�
Heydər Əliyevin 100 illiyini Azərbaycanla birlikdə qeyd edən gürcülər on
Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layih�
Aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb.
Bu gün "Space səhər" efirində gərgin anlar yaşanıb.
Taksi şirkəti olan bolt sürücüləri etiraz məqsədi ilə kütləvi şəkil
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarix
Güney Azərbaycanda itkin düşən 15 yaşlı yeniyetmə Hadi Cəfərzadənin
Müğənni Xatirə İslam oğlu Emil ilə bərabər Birləşmiş Ərəb Əmirlik