Ev almaq istəyənlərə
Digərləri 09 Apr 2023 20:40:00 255 0
"Daşınmaz əmlak bazarında ilin əvvəli ilə müqayisədə 5 faizlik artım var. Bazarda problem ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə təklif azdır. Bununla əlaqədar qiymətlər artıma doğru gedir".
Son.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspert bildirib ki, təkrar mənzil bazarında artım müşahidə edilir:
"Ucuz mənzillər tədricən aradan çıxmaqdadır. Bazara təklif olunan ucuz mənzillərin qiyməti 70 min manata qədərdir. Onlar artıq sıradan çıxmaq üzrədir. 1 otaqlı mənzillərin qiyməti 65-90 min manat arasında dəyişir. Qiymət evin yerindən asılı olaraq dəyişir. Metrostansiyaların yaxınlığında yerləşənlər ən bahalı mənzillərdir. Məsələn, ötən il Nərimanovda 1 otaqlı mənzil 75 min manat idisə, bu gün həmin mənzil 90-95 min manata təklif olunur. "Neftçilər" metrostansiyası yaxınlığında köhnə tipli 1 otaqlı mənzilin qiyməti 75-85 min manatdır.
2 otaqlılar 75-110 min manata təklif olunur. 3 otaqlılar isə 90-150 min manata satılır. Məsələn, ötən il "Nərimanov" metrostansiyası yaxınlığında 3 otaqlı mənzilin qiyməti 95-115 min manat idisə, bu gün həmin mənzillər 135-170 min manata təklif olunur. Ən bahalı mənzillər "Leninqrad" layihəli evlərdir. Çünki onlar ipoteka predmetinə gedir və onların istismar müddəti başa çatmayıb deyə daha çox tələb olunan mənzillərdir.
Yeni tikililərdə 1 kvadratmetrin qiyməti 900-8000 manat təşkil edir. 900 manata olanlar əsasən Qaradağ rayonunda, Sabunçu və Suraxanıda təklif olunur. Orta qiymət 2000 manat civarındadır. Rayonlardan asılı olaraq qiymətlər dəyişə bilir. Səbail, Nəsimi, Nərimanov rayonunda 1 kvadratmetrin qiyməti 1800 manatdan başlayaraq 8000 manata qədər dəyişir. Daha baha olanlar Səbail, Nəsimi, Nərimanov rayonunda yerləşən premium sinfə aid yeni tikililərdədir. Mənzillərin qiyməti təmirdən asılı olaraq da dəyişə bilər. Təmirli evlərin qiyməti təmirsizlə müqayisədə 500-600 manat artıqdır".
Ramil Qasımzadə torpaq bazarındakı vəziyyətdən də danışıb. O bildirib ki, bu bazarda kritik durum hökm sürür:
Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyası Tbilisinin
Son zamanlar uşaqlar arasında müxtəlif növ xəstəliklər yayılıb.
Akademik Milli Dram Teatrı (AzDrama) ilə yollarını qalmaqallı şəkildə ay
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türkiyənin ilk yerli elektrik avt
Şəkərdən istifadədən imtina sağlamlıq üçün olduqca faydalı təşəbb
Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə aralarınd
Stress səviyyələrinin azaldılması, öz növbəsində, ürək xəstəliklər
Alp dağlarında qar uçqunu nəticəsində dörd nəfər ölüb.
Amerika və Almaniya alimləri yağlı və şirin qidaların beyinə təsir mexa
Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Luk
Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü may�
İdman yuxusuzluğun erkən ölüm riskini azaldır.
"Autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur.
İtaliyanın Ventimilya şəhərində 53 yaşlı qadın rotveyler cinsli itin h�