İlham Əliyev Mərkəzi Asiya üçün yeni imkanlar yaradır
Siyasət 05 Apr 2023 10:27:00 274 0
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Hazırkı geosiyasi landşaft çərçivəsində bu daha vacib kurslardan biridir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri baxımından çox dinamik il olub. Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində artıq Xəzər dənizinin Qafqaz və Mərkəzi Asiyanı ayırmadığını, əksinə bu iki regionu birləşdirdiyini demək olar.
Bu xəbəri də oxu: Bakıda milyardlıq razılaşma Tarixi uğura
Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Tacikistanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Son 30 il ərzində iki ölkə arasında əlaqələr möhkəmlənib və nəticədə qarşılıqlı səmərəli məsələlərin həlli və beynəlxalq arenada aktiv qarşılıqlı əlaqələr üçün əlverişli şərait yaradılıb. Tacikistan və Azərbaycanı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ümumi dəyər və ənənələr birləşdirir.
İkitərəfli əməkdaşlığın hüquqi bazasını, əməkdaşlığın müxtəlif sferalarını tənzimləyən təqribən 62 saziş təşkil edir. Hüquqi müqavilə bazasının əsası iki ölkənin liderlərinin rəsmi səfərlərinin nəticələrinə əsasən formalaşıb. Bu ikitərəfli sənədlər siyasi, iqtisadi, ticari, investisiya, sənaye, nəqliyyat, turizm, elmi-texniki sahədən mədəni-humanitar sahəyədək müxtəlif sferaları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlığını əhatə edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Tacikistan arasında əmtəə dövriyyəsi təkcə bu ilin ilk iki ayı ərzində 824 590 dollar təşkil edib ki, bunun da 3 270 dolları Tacikistanın ixracının, 821 320 dolları isə Azərbaycanın ixracının payına düşüb. 2022-ci ildə ikitərəfli əmtəə dövriyyəsi 5,8 milyon dollar təşkil edib. Rəqəmlər o qədər yüksək olmasa da, son illər ərzində tərəflər ticari əməkdaşlığın genişləndirilməsində mühüm irəliləyişə nail olublar.
Azərbaycan regional logistika və nəqliyyat qovşağı olduğundan, Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan ölkənin tranzit potensialından aktiv istifadə edirlər. Azərbaycanın hazırda reallaşdırdığı iri kommunikasiya layihələri təkcə Mərkəzi Asiya və Qafqaz üçün deyil, həm də bütünlükdə region üçün yeni imkanlar yaradır və xüsusən Tacikistan bu imkanı əldən buraxmamalıdır.
2022-ci ildə Azərbaycana səfər etmiş Tacikistan vətəndaşlarının sayı 2 736 nəfər olub ki, bu da 2021-ci illər müqayisədə (820 turist) 3,3 dəfə çoxdur. Lakin bu rəqəm pandemiyadan əvvəlki göstəricidən aşağı olaraq qalmaqdadır (2019-cu ildə 3 450 nəfər Tacikistan vətəndaşı Azərbaycana səfər edib). 2023-cü ilin yanvar ayında Tacikistandan Azərbaycana təqribən 165 nəfər, fevral ayında isə 177 nəfər səfər edib. Beləliklə, turist axını artmaqdadır və Tacikistan hətta bu ilin mayında Azərbaycanla birbaşa aviaəlaqə yaratmağı planlaşdırır.
Aprelin 4-də Düşənbədə öz işinə başlamış Azərbaycan-Tacikistan investisiya forumu iki ölkə arasında iqtisadi əlaqələrin sürətli inkişafını növbəti dəfə təsdiqləyib. Forumun məqsədi ticarət, sənaye, energetika, turizm, nəqliyyat, logistika, kənd təsərrüfatı, yeni texnologiyalar və ixracın inkişafı kimi müxtəlif sferalara investisiyaların yollarının və imkanlarının axtarışından ibarətdir.
Forumda hər iki tərəfdən 200-dən çox şəxs, o cümlədən Tacikistan və Azərbaycanın nazirliklərinin, idarələrinin rəhbərləri və məsul şəxsləri, sahibkarlar və investorlar, müxtəlif sektordan olan şirkət və müəssisələrin nümayəndələri iştirak edirlər. Forum çərçivəsində iki ölkənin işgüzar və investisiya dairələri arasında əməkdaşlığa dair ikitərəfli sənədlər imzalanıb. İki ölkə artıq enerji sektorunu, neft və alüminium sənayesini əhatə edən çoxsaylı iqtisadi layihələr üzərində çalışır. Heç bir şübhə yoxdur ki, bu böyük hadisə Azərbaycanla Tacikistan arasında artıq var olan uğurlu tərəfdaşlığa daha da təkan verəcək.
Tacikistan qonşuları Qazaxıstan və Özbəkistanı örnək alaraq bu gün biznesin inkişafı üçün Azərbaycanın təklif etdiyi unikal imkanlardan yararlana bilər. Azərbaycan isə daim ixrac coğrafiyasını genişləndirməklə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına və mövcud əlaqələrin möhkəmlənməsinə can atıb. Mərkəzi Asiya ölkələri ilə artıq mövcud olan möhkəm və uzunmüddətli əlaqələr Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Gələcəyə baxan Azərbaycan region ölkələri ilə möhkəm əlaqələr qurub. İndi isə geosiyasi dəyişikliklər və beynəlxalq münasibətlərdəki yeni normalar fonunda Azərbaycan öz tərəfdaşları ilə birlikdə regionu hamının xeyrinə inkişaf etdirməklə yanaşı Qərb və Şərq ölkələri ilə əməkdaşlıq edir.
Son.az
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına zərbələr endirib.
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəs
"Xankəndinə daxil olanda sevinc hissi keçirirdik".
2023-cü ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbl
Vüsalə Səid Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki (RİNN) vəzi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 40-a yaxın avtomobil yo
Dünya Bankının (DB) hesablamalarına görə, Ukraynanın yenidən qurulması
"Rusiya Prezidenti Vladimir Putin amansız müharibəyə başlayanda Avropa
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Şişkinliyi azaltmaq üçün daha çox lif, həmçinin göyərti, alma və quru
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Böyük Britaniyadan olan anasının böyüdüb boya-başa çatdırdığı bir k
Balaəli Məştağalı son zamanların ən çox danışılan meyxanaçılarında
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi