154 avtobusun hərəkətində gecikmə yaranıb
Digərləri 05 Apr 2023 09:06:00 324 0
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 50 müntəzəm marşrut xətti üzrə 154 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu xəbəri də oxu: Bu il yeddi bürc üçün dönüş nöqtəsi olacaq
Bakı Nəqliyyat Agentliyindən (BNA) Son.az-a verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 24-28 dəqiqə gecikmə müşahidə olunur.
2. Binəqədi şosesi - şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.
3. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
4. Babək prospekti şəhər istiqamətində 15, 30, 32 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-24 dəqiqə gecikmə müşahidə olunur.
5. Tbilisi prospekti - 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.
6. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.
7. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 12-14 dəqiqədir.
8. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.
9. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.
10. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
Şişkinliyi azaltmaq üçün daha çox lif, həmçinin göyərti, alma və quru
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Böyük Britaniyadan olan anasının böyüdüb boya-başa çatdırdığı bir k
Balaəli Məştağalı son zamanların ən çox danışılan meyxanaçılarında
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi
İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət F
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqları
Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri bar�
Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb.
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına al�
Ramazanda tez-tez istifadə etdiyimiz qidalardan biri də xurmadır. Xurmanın f
"Ərim halsızlaşmışdı. Onu masaj etdim. Dedi ki, sən professional mas
Rusiya Federasiyasının silahlı qüvvələri Qara dənizdəki gəmi qruplaşma
Amerikalı mütəxəssislərin araşdırmalarına görə, insanın çox yuxu gö
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.