Yaponiyada qara siyahıya düşdü, arvadı dişlərindən üzük düzəltdi Sirli azərbaycanlı kim idi?
Digərləri 02 Apr 2023 20:06:00 306 0
Lent.az "Bizim adamlar" adlı rubrikasında dünyanın ən məşhur adamlarının diqqətini çəkmiş, hörmətini qazanmış azərbaycanlılar barəsində məlumat verir. Bu gün dünya şöhrətli kəşfiyyatçı, bakılı Rixard Zorge barədə məlumat veririk.
Bu xəbəri də oxu: Qəzadan sonra ürəkparçalayan görüntülər...
Son.az bildirir ki, kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakı şəhərinin Sabunçu qəsəbəsində neftçi-texnik Adolf Zorgenin ailəsində anadan olub. Atası alman, anası Bakı əsilli rus idi.
1898-ci ildə valideynləri ilə Almaniyaya köçür, orta və ali təhsilini orada alır. Babası Albertın və əmisi Fridrix Zorgenin kommunist hərəkatında fəal iştirak etməsi Rixardın da bu hərəkata meyillənməsinə səbəb olur. Onun ailə üzvləri Marks və Engelslə yaxın dostluq edirdi. Bu dostluq Rixardın sadiq kommunist olmasına gətirib çıxardı. 1924-cü ildə Sovet İttifaqına qayıdan Rixard, 1929-cu ildə Sovet kəşfiyyat xidmətinə cəlb edilir. Onun pasportunda yaşadığı yer olaraq yenidən Bakı qeyd edilir. Böyük kəşfiyyatçı jurnalist adı altında dünyanın müxtəlif ölkələrinə səfərlər edir, vacib məlumatlar toplayırdı. 1930-cu illərdə Almaniya və Yaponiyada işləyərkən bu iki ölkənin Sovet İttifaqına qarşı hərbi əməliyyatlara hazırlaşdıqları və hücumun konkret vaxtı haqqında Sovet rəhbərliyinə məlumat verir.
1941-ci ilin oktyabrında Rixard Zorgenin kəşfiyyat fəaliyyətinin üstü açılır və o, Yaponiya polisi tərəfindən həbs edilir. 1943-cü ilin sentyabrında Zorge haqqında ölüm hökmü çıxarılır və 1944-cü il noyabrın 7-də dar ağacından asılaraq edam edilir. Edam ediləndən sonra kəşfiyyatçını "Dzosiqaya" adlı ümumi qəbiristanlıqda ümumi məzarda (xəndəkdə) basdırırlar.
Rixard çox təhlükəli bir işdə işlədiyi üçün ömrü boyu özünü işgəncələrə və ölümə hazırlayıb. Deyilənə görə zəhərlənib ölmək ehtimalına qarşı iynə ilə dırnağının altına zəhər vurarmış. Güclü və dözümlü olmasının nəticəsi idi ki, dar ağacından yerə salındıqdan sonra ürəyi 8 dəqiqə döyünüb. Sovet İttifaqı üçün çox iş görmüş bu xəfiyyəyə Stalinin mənfi münasibəti var idi. Ona görə ölümündən yalnız 20 il sonra Zorge barədə məlumatlar yayıldı, xalqa tanıdıldı. 1964-cü il noyabrın 5-də, 20 ildən sonra ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi.
Zorge Yaponiyada yaşayıb işləyərkən yapon bir xanımla vətəndaş nikahına girmişdi. İşii Hanako adlı həmin qadın ərinin casus olmasını bilmirdi.
1948-ci ildə o həbsxanaya gedərək Rixard Zorgenin harda dəfn edildiyini soruşur. Məhkəmənin qərarına əsasən Zorgenin məzarı axtarılır. Təxmin edilən məzar eksqumasiya edilir. Qadın onu bir ayağının digər ayağından uzun olması və qızıl dişlərindən tanıyır. Müharibədən əvvəl Zorgenin sürdüyü motosikl qəzaya uğramış, ayağı, çənəsi sınmış, kəllə-beyin travması almışdı. Cərrahiyyə əməliyyatı zamanı bir ayağı digərindən uzun çıxmışdı. Hanako onun sümüklərini yığır, kəllə sümüyünü sinəsinə sıxır. Yaponiya qaydalarına əsasən onun skeleti krimatoriyada yandırılır. Hanako onun külünü dəsmala bükərək evə aparır. Neçə-neçə qəbiristanlıqda dəfn etmək istəsə də, torpağın qızıl qiymətinə olması onun kasıblığı ilə uyğun gəlmir. Rixardın külünü aylarla evdə saxlayır. Bəlkə də nisbətən ucuz qiymətə razılaşmaq olardı, lakin Yaponiyada Zorgeyə münasibət xoş deyildi, qara siyahıya salınan 100 nəfərdən biri idi. Hanako pul yığmağa başlayır. Nəhayət, onu Tokionun Tama qəbiristanlığında dəfn etdirir. Zorge edam edilənə qədər xanımı onun kəşfiyyatçı olduğunu bilməyib. Yalnız 1945-ci ildə ABŞ-ın Stars and Stripes jurnalındakı kiçik məlumatdan bilib ki, Zorge heç də alman jurnalisti deyilmiş. Zorgenin sürdüyü motosikl qəzaya uğrayanda onun dişləri də sınıbmış. Qızıl diş qoyublar. Hanako onun qızıl dişindən özünə üzük düzəltdirir. Hanako deyirmiş ki, "həmişə arzu etmişəm ki, Rixard barmağıma üzük taxsın". Vəsiyyətində yazır ki, mən öləndə üzüyü cıxarmayın, onun yanına rəsmi həyat yoldaşı kimi getmək istəyirəm.
Rixard Zorge və İsii Hanako 6 il vətəndaş nikahında yaşayıblar. İsii Hanako 2000-ci ildə, 90 yaşında vəfat edib. Onu Zorgenin yanında dəfn ediblər.
Bu gün Bakıda onun adını daşıyan küçə və park var, haqqında "Siz kimsiniz doktor Zorge?" adlı bədii film çəkilib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəl
Xəbər verdiyimiz kimi, Talış kəndi istiqamətində Azərbaycan Ordusunun h�
Terrorizmi dəstəkləyən rejimlər onun əvəzini ağır ödəyir.
Prezident İlham Əliyevin "Vergilər Məcəlləsində dəyişikliklər edi
Dişlər bədənimizdə ən çox qulluq tələb edən orqandır. Baxımsızlıq,
Moldova iki ildən sonra enerji sektorunda Rusiyanın asılılığından tam aza
Mütəxəssislər saç uzanması üçün faydalı olan ən yaxşı məhsulları
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yaşadığı qalmaqallardan söz aç
Son.az Kulis.az-a istinadən rejissor, aktyor Aqil M. Quliyev haqqında maraqlı
Rusiya daim yeni qüvvələrlə güclənməyə çalışır, lakin bəzi hissəl�
Üzə qulluq vasitələri ilə yanaşı sağlam qidalarla da dərimizin qayğıs
"Kızılcık şerbeti"nin baş rol aktyoru Doğukan Güngör həmkarı
Havalar isindikcə paltarlar rənglənməyə başlayır. Yazın gəlişi tək t�