2023ün yazyay dəbi necə olacaq?


Digərləri 02 Apr 2023 17:20:00 405 0

2023ün yazyay dəbi necə olacaq?

Havalar isindikcə paltarlar rənglənməyə başlayır. Yazın gəlişi tək təbiəti deyil, dəb aləmini ruhlandırır. Allı-güllü baharın rəngləri artıq geyimlərdə seçim şanslarını artırır. Hər il olduğu kimi bu il də yaz ayları özünəməxsus dəbi, fərqli geyim modelləri ilə yadda qalacaq. 

Bu ilin yaz dəbi haqqında Lent.az-a Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova danışıb.

Onun sözlərinə görə, paltarlarda dəliklərin olması bu ilin dəb siyahısındadır:

"2023-ün yaz və yay aylarında dəbdə olacaq bir neçə rəng tonları var. Bu il açıq bej tonlar, ağ, tünd göy rəng, bozun yaşılla qarışıq tonları, qırmızı, firuzə rəngi gündəmdə olacaq. Daha sonra ağ-qara-bej tonları, bej-qara tonların bir yerdə təqdimatı bu ilin trendi sırasındadır. Eyni zamanda, midi, geyimlərdə yarıqlar, dərin sinə dekoltesi, paltarların bəlli bir hisslərində dəliklərin olması. Bunlar tendensiya - dəbin təqdim etdiyi geyim nümunələridir. 

Sadaladıqlarımı yaz-yayda dəbdi deyə istifadə edən də olacaq. Sonra geyimlərdə saçaqlardan istifadə, tulumlar, qısa top maykalar, ətəklər, gül naxışları olan parçalar bu il yazın dəbi nümunələrindəndir".

Modelyer cins parçaları dəbin ayrılmaz hissəsi adlandırıb:

"Cins parçalardan hazırlanan geyimlər yenə gündəmdə olacaq. Mütləq ki, cinslərdən hazırlanan geyim nümunələrindən istifadə edirik. Çünki bu çox rahatdır. Bütün dünyada cinslərdən hazırlanan geyimlər çox aktualdır. İnanmıram ki, bu geyimlər gündəmdən getsin". 

Gülnarə Xəlilovanın ümumi dəyərləndirməsinə görə, dəri və cinsin sintezindən hazırlanmış geyimlər dəbdə olacaq:

"Dəridən və dəri əvəzedicilərindən hazırlanmış geyim nümunələri yenə də gündəmdədir. Hələ də öz yerini qoruyub, saxlayır. Bu il dərinin daha çox fərqli və tünd rəngləri aktual olacaq. Hətta dəri parçaların digərləri ilə sintezi kombin şəkilində təqdim olunacaq. Belə deyim ki, cins və dəri parçalar sintez olunaraq kombin ediləcək. 

Baxmayaraq ki, yaz-yaydan danışırıq, amma qara rəng də dəbdə olan çalarlar siyahısındadır. Ümumiyyətlə, qara, qırmızı, ağ rəng illərdi öz mövqeyini qoruyub saxlayır".

Rusiyanı iki nəfər idarə edir like
  • 02 Apr 16:51  
Dünya Rusiyanı iki nəfər idarə edir

Hazırda Rusiyanı iki nəfər - Prezident Vladimir Putin və Təhlükəsizlik �

arrow Ətraflı
19 il əvvəlki qətlin üstü açıldı like
  • 02 Apr 16:42  
Digərləri 19 il əvvəlki qətlin üstü açıldı

19 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə şübhəli

arrow Ətraflı
Sizi əldən salan qripdən xilas olun like
  • 02 Apr 16:40  
Digərləri Sizi əldən salan qripdən xilas olun

Son günlər insanların çoxu qripdən, öskürəkdən şikayətlənirlər. Bu

arrow Ətraflı
Azərbaycan Ordusunun hərbçisi minaya düşdü like
  • 02 Apr 16:37  
Digərləri Azərbaycan Ordusunun hərbçisi minaya düşdü

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minay

arrow Ətraflı
Sem Əsgəridən Britni Spirsdən boşanma şayiələrinə cavab  FOTO like
  • 02 Apr 16:31  
Şou-biznes Sem Əsgəridən Britni Spirsdən boşanma şayiələrinə cavab FOTO

Bir neçə gün əvvəl mətbuatda Britni Spirs və Sem Əsgərinin boşanma ər

arrow Ətraflı
“Taliban” Ramazan ayında qiymətləri qaldıran sahibkarları cəzalandırıb like
  • 02 Apr 16:11  
Dünya “Taliban” Ramazan ayında qiymətləri qaldıran sahibkarları cəzalandırıb

Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı Ramaza

arrow Ətraflı
İmtahana gələn bəzi abituriyentlərdə kəsicideşici alətlər aşkarlanıb like
  • 02 Apr 16:02  
Digərləri İmtahana gələn bəzi abituriyentlərdə kəsicideşici alətlər aşkarlanıb

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bu gün tələb olunan sən

arrow Ətraflı
Atasına həsrət qaldı, ölənə qədər Bakı deyib ağladı, nəvəsi İraqda şəhid oldu like
  • 02 Apr 16:00  
Kriminal Atasına həsrət qaldı, ölənə qədər Bakı deyib ağladı, nəvəsi İraqda şəhid oldu

Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Sona Aslanova haqqınd

arrow Ətraflı
Aynur Dadaşovanın avtomobilini bu hala qoydular like
  • 02 Apr 15:51  
Şou-biznes Aynur Dadaşovanın avtomobilini bu hala qoydular

Müğənni Aynur Dadaşovanın avtomobilini əziblər. 

arrow Ətraflı
İran Bakıdakı səfirini niyə dəyişir? like
  • 02 Apr 14:51  
Dünya İran Bakıdakı səfirini niyə dəyişir?

İranın Ermənistan və Azərbaycandakı səfirlərinin dəyişdirilməsi qəra

arrow Ətraflı
Sahibə Qafarova Fazil Mustafanı xəstəxanada ziyarət edib like
  • 02 Apr 14:48  
Siyasət Sahibə Qafarova Fazil Mustafanı xəstəxanada ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşı

arrow Ətraflı
Vüqar Rəhimzadə: Ölkə Prezidentinin azad medianın inkişafına böyük töhfəsi like
  • 02 Apr 14:44  
Siyasət Vüqar Rəhimzadə: Ölkə Prezidentinin azad medianın inkişafına böyük töhfəsi

Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövr hər sahədə olduğu kimi

arrow Ətraflı
Bakıda 20 yaşlı qız yenidən itkin düşüb like
  • 02 Apr 14:42  
Digərləri Bakıda 20 yaşlı qız yenidən itkin düşüb

Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis

arrow Ətraflı