Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb
Digərləri 26 Dek 2024 18:19:00 53 0
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb.
Bu xəbəri də oxu: "Haval"ın Rusiyadakı zavodu yandı
Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, vətəndaşları Qazaxıstanın Manqistau vilayəti başçısının müavini Tileqen Abişev və Aktau şəhərinin meri Abilkair Baypakov yola salıblar.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamer
Monteneqro Parlamentinin sədri Andriya Mandiç "Azərbaycan Hava Yolları&
Qırğızıstanın xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev öz və
Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev AZAL-a məxsu
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau �
Heydər Əliyev prospektinin köməkçi yolunda qəza baş verib.
Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov "Az�
Qəzaya uğrayan AZAL-a məxsus Embraer ERJ-190 təyyarəsinin göyərtəsində
Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər satışa ç�
Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak o
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al N
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin P
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Prezident İlham Əl