Vüqar Rəhimzadə: Ölkə Prezidentinin azad medianın inkişafına böyük töhfəsi
Siyasət 02 Apr 2023 14:44:00 254 0
Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövr hər sahədə olduğu kimi, media sahəsində də yeniliklərin, təkmilləşmənin geniş miqyas alması, Prezident İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımlarının davamlılığı ilə diqqət çəkir. Ulu öndər Heydər Əliyevin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi mətbuatı dövlət başçısı İlham Əliyev hazırkı dövrdə belə səciyyələndirir: "Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir." Azad mətbuatın inkişafı daim dövlətimizin siyasətinin əsasını təşkil edir. İmzaladığı Fərman və Sərəncamlarla, təsdiqlədiyi Qanunlarla jurnalistləri dostu, mətbuatın böyük hamisi kimi diqqətdə olan Prezident İlham Əliyev mətbuatın inkişafına daha geniş imkanlar açır, söz azadlığını yüksək səviyyədə təmin edir. Atılan addımlar, eyni zamanda, dövlətin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Hər bir mühüm addım keçilən yola nəzər salmağı, həmçinin bu fonda perspektivlərin təhlilini bir zərurət kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən azad olunur. Bu mühüm addım media subyektlərinin iqtisadi müstəqiliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Bu xəbəri də oxu: Pakistanın baş naziri təyyarə qəzası ilə bağlı başsağlığı verib
Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, atılan addımlar tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan mediasının yeni reallıqlara uyğulaşdırılmasında, azad mətbuatın hərtərəfli inkişafında öz sözünü deyir. Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Ölkə Prezidentinin mətbuata qayğısının daha bir təzahürü olan bu mühüm addım media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilərək böyük minnətdarlıq hissi ifadə olunur.
Dövlət başçısı İlham Əliyev 2021-ci ilin ilk ayında "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı imzaladı. Sənəd bir daha təsdiqlədi ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv, peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılması zərurətdir. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun qısa dövrdə azad mətbuatın inkişafına yönələn addımları təqdirəlayiqdir. Ötən il Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan "Media haqqında" Qanunu təsdiqlədi. Bir mühüm məqamı xüsusi vurğulamalıyıq ki, Qanuna əsasən Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi bu sahədə mövcud olan neqativ halların aradan qaldırılmasını təmin edəcək.
Baş redaktor onu da əlavə edib ki, Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 2022-ci ildə qəbul etdiyi Qərar da media nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandı. Belə ki, "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elekton kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı"nın təsdiq edilməsi barədə Qərara əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi.
Vüqar Rəhimzadə mətbuatın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinin əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etməsi bu istiqamətdə medianın inkişafına növbəti dəyərli töhfədir. Bir mətbu orqanın rəhbəri kimi medianın inkişafına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mediamız müasir müstəqil, qalib Azərbaycanın dövlət maraqlarının qorunması, tarixi həqiqətlərimizin, möhkəm təmələ əsaslanan təkmil, yenilikləri, islahatları özündə ehtiva edən dövlət siyasətimizin uğurlarının təbliğində üzərinə düşən vəzifəni bundan sonra da həyata keçirmək istiqamətində fəaliyyətini davam etdirəcək.
Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis
Soyuq havalarda immuniteti gücləndirmək, xəstəliklərdən qorunmaq üçün
Dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məc�
Yaponiyada arxeoloji qazıntı işləri aparan alimlər nəhəng polad qılınc
SEPAH-ın "Telegram" kanalı yazır ki, əldə olunan məlumata gör�
Artıq uzun illərdir müxtəlif rəngli, bəzəkli dırnaq boyaları dəbdədir
Son.az Kulis.az-a istinadən Xalq artisti Niyaməddin Musayev haqqında maraqlı
Britaniyanın moda brendi Christian Cowan maraqlı çəkmələr təqdim edib. Ay
İranda 200 minə yaxın uşaq təhsildən kənarda qalıb.
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib.
Çinin G7 tərəfdaşlarına iqtisadi təzyiq göstərəcəyi halda ABŞ bu ölk
Qışda qrip olanların sayı hər zamankindən qat-qat çox olur. Bunun üçün
Şimali Koreya, ABŞ və Cənubi Koreya tərəfindən keçiriləcək bir sıra h
Qızların saç rəngi ilə xarakteri arasındakı əlaqə araşdırılıb.
Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb. Ən