Moskvada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın adından iftar verilib FOTO
Siyasət 28 Mar 2023 11:02:00 275 0
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.
Bu xəbəri də oxu: Azərbaycanda bələdiyyələr qrant ala biləcək
Son.az Trend-ə istinadən bildirir ki, Moskva şəhəri Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, RF Müsəlmanları Ruhani İdarəsinin dəstəyi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Poklonnaya Qorodakı memorial məscidin yanında qurulmuş "Ramazan çadırı"nda Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb. Bu il iftar gecəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilib.
Tədbirdə 1500-dən çox insan - ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan müsəlmanlar iştirak ediblər.
Moskva müftisi, Moskva Cümə Məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dini-mənəvi dəyərlərin yüksək qiymətləndirilməsinə görə təşəkkür məktubu təqdim edilib.
Moskva müftisinin müavini Marat-Hazrat Arslanov Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək qeyd edib ki, bu mədəni gecələrin proqramı çox zəngindir. İnsanlar Azərbaycan mədəniyyəti ilə tanış olur, onların qəlbində bu ölkəyə səfər etmək arzusu yaranır. Marat-Hazrat Arslanov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından Moskvadakı "Əhli-Beyt" dini təşkilatının sədri Nizami Baloğlanova "Əl-Fəxr" ordeni təqdim edib.
Moskvadakı "Risalət" dini icması nəzdindəki müsəlman məktəbinin direktoru Anas-Hazrat Məmmədov tədbirə toplaşanların hamısını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycanın tarixi və ənənələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib, "Buta" triosunun ifasında muğam səslənib, müsəlman məktəbinin şagirdləri Məhəmməd Peyğəmbərin həyatından bəhs edən səhnəciklər təqdim ediblər.
İftar yeməyinin başlanmasından əvvəl müqəddəs Qurandan ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar üçün milli Azərbaycan yeməkləri və şirniyyat düzülmüş iftar süfrəsi açılıb.
2006-cı ildən başlayaraq təşkil olunan "Ramazan çadırı" illik sosial-xeyriyyə layihəsi hər il müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayında həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hər il bu xeyriyyə layihəsində iştirak edir.
Son.az
Mingəçevirdə itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.
Şəhərimizin premium yaşayış komplekslərindən biri olan "Gumush Resi
2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan O
Rusiya qoşunları Donetsk vilayətinin Avdeyevka yaxınlığında hücumların�
Aprelin 13-də Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin
Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərind�
Leninqrad vilayətində şəxsi maşını ilə taksi xidməti göstərən sürü
Qarabağda yaşanan son hadisələr, Azərbaycan ordusunun Rusiya sülhməraml�
Xalq artisti Emin Ağalarov ailəsi ilə bağlı paylaşım edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ibadətgahlarda və məscidlərd�
İranın Həmədan şəhərində Azərbaycan musiqisi səsləndiyinə görə hak
Artıq bir müddətdir ki, Gürcüstan mediasında Azərbaycanın quru sərhədl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Texniki İdarəsinin Süni
Bu gün təhlükəsizlik orqanlarının əməkdaşları müstəqil dövlətimizi