Dövlət Komitəsi nəzir qutuları ilə bağlı məsələyə aydınlıq gətirdi
Digərləri 28 Mar 2023 10:15:00 280 0
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ibadətgahlarda və məscidlərdəki nəzir qutularına nəzarətin Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dövlət Komitəsinə verilməsi məsələsinə aydınlıq gətirib.
Bu xəbəri də oxu: Dekabr ayının bütün sosial ödənişləri yekunlaşdı
Dövlət Komitəsindən Son.az-a bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.
"Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir", - məlumatda deyilir.
İranın Həmədan şəhərində Azərbaycan musiqisi səsləndiyinə görə hak
Artıq bir müddətdir ki, Gürcüstan mediasında Azərbaycanın quru sərhədl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Texniki İdarəsinin Süni
Bu gün təhlükəsizlik orqanlarının əməkdaşları müstəqil dövlətimizi
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova ağır it
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İc
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Müğənni Valeri Meladze və şoumen Aleksandr Revvanın Rostov-na-Donudakı ko
San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, ü
Səhər işə gələndə və axşam evə gedəndə yolda bir neçə kilometr uza
ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.
Qadınların kişiləri özlərinə necə cəzb etməsi mövzusu hər zaman aktu
"Asiya İnkişaf Bankı (AİB) artıq 2024-2028-ci illər üçün Azərbayc
İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında baş ve