Gürcülər Azərbaycanla quru sərhədin bu tarixdən açılacağını deyir...
Digərləri 28 Mar 2023 10:08:00 287 0
Artıq bir müddətdir ki, Gürcüstan mediasında Azərbaycanın quru sərhədlərinin açılacağı ilə bağlı məlumatlar yer alıb. Koronavirus pandemiyası səbəbindən bağlanan sərhədlərin mayın 1-dən etibarən açılacağı deyilir.
Bu xəbəri də oxu: Əməkhaqqı, pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gürcüstanın yerli "BusinessPressNews" saytının yazdığına görə, mayın 1-dən etibarən Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla quru sərhədlərini açacağı gözlənilir.
Yayılan məlumatlar Azərbaycanda həm mətbuatda, həm də sosial mediada geniş müzakirələrə səbəb olub. Gürcü mətbuatı Azərbaycanla sərhədlərin açılacağı xəbərini ölkə rəsmilərinə istinadən yayıb.
Artıq ötən gün Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar verib. Bu gündən etibarən hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Həmçinin xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışı zamanı COVID-19 pasportu ilə bağlı tələb ləğv edilib.
Bəs quru sərhədlərin açılması nə dərəcədə realdır? Hazırda bununla bağlı müzakirələr gedirmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hələ ki, bununla bağlı rəsmi məlumatın olmadığını xatırladır: "Gürcüstan mətbuatında belə bir məlumat yayılıb, mən də oxumuşam. Amma bununla bağlı hələ ki, rəsmi məlumat yoxdur.
Mənim fikrimcə, sərhədlərin bağlanması əsasən təhlükəsizlik məsələsi ilə əlaqədardır. Əlbəttə, mən istərdim ki, quru sərhədlər açılsın. Hətta mən təklif də verdim ki, heç olmasa, sərhədlər elə açılsın ki, yoxlamalar getsin, müəyyən məsələlər öz həllini tapsın. Elə insanlar var ki, mütləq gəlməlidirlər, ailələrində müəyyən problemlər ola bilər. O insanların müəyyən hissəsini yüksək nəzarət mexanizmini həyata keçirməklə buraxmaq olar. Amma ətrafda fikir verirsinizsə, bəzi hadisələr baş verir - İranla münasibət, Rusiyanın Qarabağda oynadığı oyunlar və s. Bunların hamısı təhlükəsizliyə təminat üçün həyata keçirilir ki, Azərbaycanda ciddi problem yaşanmasın. Şəxsən mən millət vəkili olaraq Azərbaycanda bu sərhədlərin açılmasının tərəfdarıyam. Ciddi nəzarət mexanizmi həyata kçeirməklə sərhədləri açmaq olar".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Texniki İdarəsinin Süni
Bu gün təhlükəsizlik orqanlarının əməkdaşları müstəqil dövlətimizi
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova ağır it
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İc
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Müğənni Valeri Meladze və şoumen Aleksandr Revvanın Rostov-na-Donudakı ko
San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, ü
Səhər işə gələndə və axşam evə gedəndə yolda bir neçə kilometr uza
ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.
Qadınların kişiləri özlərinə necə cəzb etməsi mövzusu hər zaman aktu
"Asiya İnkişaf Bankı (AİB) artıq 2024-2028-ci illər üçün Azərbayc
İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında baş ve
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Yayda dəniz, qum və günəşdən həzz alırıq, lakin belə zamanda vaginal i