Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür


Siyasət 28 Mar 2023 09:55:00 404 0

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

Bu gün təhlükəsizlik orqanlarının əməkdaşları müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrinin təxribatlarından qətiyyətlə qoruyurlar

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, artıq 26 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 mart tarixini peşə bayramı günü kimi qeyd edirlər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Ulu Öndər hələ Sovet dövründə Azərbaycan təhlükəsizlik orqanlarının milliləşdirilməsi istiqamətində gərgin səylər göstərilib

Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyəsi mümkün olub. Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlanıb. Mənalı və şərəfli ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində mühüm işlər görüb. Onun bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatlar həyata keçirilib, bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylər göstərilib. Dahi rəhbər xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verib. Heydər Əliyevin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyənləşdirdiyi meyarlar DTX-nin əməliyyat heyəti tərəfindən həmişə rəhbər tutulur.

Müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyev deyirdi: "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun".

Son.az 

Naxçıvanda yeni təyinatlar like
  • 28 Mar 09:50  
Digərləri Naxçıvanda yeni təyinatlar

"Naxçıvan Sığorta" ASC-nin Direktorlar Şurasına yeni sədr təyi

arrow Ətraflı
İcra başçısına ağır itki like
  • 28 Mar 09:37  
Digərləri İcra başçısına ağır itki

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova ağır it

arrow Ətraflı
Qərbi Azərbaycan İcması: Qayıdış Konsepsiyası BMTnin rəsmi sənədi kimi yayılıb like
  • 28 Mar 09:27  
Siyasət Qərbi Azərbaycan İcması: Qayıdış Konsepsiyası BMTnin rəsmi sənədi kimi yayılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İc

arrow Ətraflı
LaçınXankəndi yolundan içində erməni əsilli sakinlər olan avtomobillər maneəsiz keçib like
  • 28 Mar 09:20  
Digərləri LaçınXankəndi yolundan içində erməni əsilli sakinlər olan avtomobillər maneəsiz keçib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Onların da Rusiya konserti ləğv edildi like
  • 28 Mar 09:13  
Şou-biznes Onların da Rusiya konserti ləğv edildi

Müğənni Valeri Meladze və şoumen Aleksandr Revvanın Rostov-na-Donudakı ko

arrow Ətraflı
13 yaşlı məktəbli müəllimini öldürüb və dörd nəfəri yaralayıb like
  • 28 Mar 09:06  
Dünya 13 yaşlı məktəbli müəllimini öldürüb və dörd nəfəri yaralayıb

San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, ü

arrow Ətraflı
Tıxaclar beynimizi MƏHV EDİR like
  • 28 Mar 08:59  
Digərləri Tıxaclar beynimizi MƏHV EDİR

Səhər işə gələndə və axşam evə gedəndə yolda bir neçə kilometr uza

arrow Ətraflı
ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir like
  • 28 Mar 08:56  
Siyasət ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

arrow Ətraflı
Onlar seks simvoludur! – Kişiləri öz əsirinə çevirən qadınların like
  • 28 Mar 08:53  
Digərləri Onlar seks simvoludur! – Kişiləri öz əsirinə çevirən qadınların

Qadınların kişiləri özlərinə necə cəzb etməsi mövzusu hər zaman aktu

arrow Ətraflı
AİBin Azərbaycanla yeni tərəfdaşlıq strategiyası tezliklə hazırlanacaq like
  • 28 Mar 08:51  
Siyasət AİBin Azərbaycanla yeni tərəfdaşlıq strategiyası tezliklə hazırlanacaq

"Asiya İnkişaf Bankı (AİB) artıq 2024-2028-ci illər üçün Azərbayc

arrow Ətraflı
İspaniyada meşə yanğınları böyüyür like
  • 28 Mar 08:49  
Dünya İspaniyada meşə yanğınları böyüyür

İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında baş ve

arrow Ətraflı
LaçınXankəndi yolunda etiraz aksiyası like
  • 28 Mar 08:43  
Siyasət LaçınXankəndi yolunda etiraz aksiyası

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Yayda bu infeksiyalardan qorunmaq üçün like
  • 28 Mar 08:41  
Digərləri Yayda bu infeksiyalardan qorunmaq üçün

Yayda dəniz, qum və günəşdən həzz alırıq, lakin belə zamanda vaginal i

arrow Ətraflı
Türk immunoloqları yeni xəstəliyin müalicə mexanizmini tapiblar like
  • 28 Mar 08:28  
Digərləri Türk immunoloqları yeni xəstəliyin müalicə mexanizmini tapiblar

Türkiyə Milli Allergiya və Klinik İmmunologiya Dərnəyinin üzvü, professo

arrow Ətraflı
"İlhamədən sonra şoubiznesdə boşluq əmələ gəlib" like
  • 28 Mar 07:58  
Şou-biznes "İlhamədən sonra şoubiznesdə boşluq əmələ gəlib"

Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur" verilişində qona

arrow Ətraflı