Türk immunoloqları yeni xəstəliyin müalicə mexanizmini tapiblar
Digərləri 28 Mar 2023 08:28:00 291 0
Türkiyə Milli Allergiya və Klinik İmmunologiya Dərnəyinin üzvü, professor Safa Barış və komanda yoldaşları immunologiyada əhəmiyyətli irəliləyiş əldə ediblər. Tədqiqatçılar ciddi allergik problemlərə səbəb olan irsi immun xəstəliyinin (STAT6) mutasiyasını müəyyən edərək müalicə mexanizmi hazırlayıblar. Müalicənin müsbət nəticələri allergiyada ümid işığına çevrilib.
Bu xəbəri də oxu: Təyyarədə həlak olanlardan 6sı Zaqataladandır SİYAHI
Son.az AZƏRTAC-a istinadla bildirir ki, Marmara Universitetinin Tibb fakültəsinin müəllimi, professor Safa Barış, komanda yoldaşları həkim Altan Kara və Harvard Tibb fakültəsinin professoru Talal Chatilanın birgə işi ilə yeni xəstəliyin əmələ gəlməsi və müalicə mexanizmi tibb ədəbiyyatına gətirilib. Yeni təyin olunan xəstəlikdə ağır atopik dermatit, yüksək eozinofil və IgE miqdarı müşahidə edilə bilər. Qrup tərəfindən hazırlanmış müalicə nəticəsində STAT6 diaqnozu qoyulan bir uşaqda xəstəliyin geriləməsi müşahidə edilib.
Tibb ədəbiyyatında ilk dəfə təsvir edilən xəstəlik modelindən əziyyət çəkən şəxslərdə ağır allergik hallar aşkar edilir. Safa Barış və komandası allergik şikayətlərdən əziyyət çəkən bir xəstənin genetik analiz nəticələrində mühüm mutasiya tapıblar. Ətraflı təhlillərdə bu mutasiyanın STAT6 zülalında normadan artıq olduğu görülüb. Müalicədən sonrakı tədqiqatlarda STAT6 zülal aktivliyinin azaldılmasının şikayətlərdə tam yaxşılaşmaya səbəb olduğu və xəstəliklərə nəzarətin əldə edildiyi müşahidə edilib.
Tədqiqatın nəticələri immunçatışmazlığı sahəsində nüfuzlu jurnal olan "Allergiya və Kliniki İmmunologiya"da dərc edilib.
Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur" verilişində qona
Dövrümüzdə xroniki xəstəliklərin sayı artıb, fəsadları çoxalıb.
İsrailin aparıcı müxalifət partiyalarının başçıları baş nazir Benyam
Aprelin 27-dən mayın 1-dək İstanbuldakı Atatürk aeroportunda "TEXNOFE
Həkim- endokronoloq, tibb elmləri namizədi Zuxra Pavlova kişilərdə qadınl
Polşalı məşhur aktyor Pyotr Vısotski Lyublin şəhərindəki evində yanara
Səudiyyə Ərəbistanında zəvvarların avtobusu qəzaya uğrayıb.
Plevra xərçəngi ağciyərlərdə baş qaldırır. Ağciyər soğan qabığın
Harry Potterin ifaçısı Deniel Redkliff və sevgilisi Erin Dark valideyn olma�
Türkiyənin superstarı Ajda Pekkanın Bahçeköydəki meşə ərazisində yerl
Aktrisa və müğənni Selena Qomez rəngli çimərlik geyimində poza verdiyi f
On bir ayın sultanı olan Ramazan ayında oruc tutmağın insan sağlamlığı
Rusiya əsilli məşhur model İrina Şeyk sosial şəbəkə hesabında bədəni
Model Emili Ratakovski və müğənni Harri Stayls Tokioda paparassilərin obyek