"Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki..." Ülviyyə Əliyeva


Şou-biznes 27 Mar 2023 23:02:00 336 0

"Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki..."  Ülviyyə Əliyeva

Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dostları Xəzər televiziyasında yayımlanan "Səhər mərkəzi" verilişində onun ölümündən danışıblar.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, xalq artisti Mübariz Tağıyev Oqtay Əliyevin xaraketindən söz açıb: "Çox pozitiv, qaranlıqda işıq axtaran, zarafatlarından qalmayan insan idi. Aramızda söz-söhbətlər də olurdu. Hərdən "Yeni ulduz" layihəsində bir-birimizi başa düşmürdük. Müzakirələr edirdik və axırda razılaşardıq. Oqtay Əliyev "Yeni ulduz" layihəsini yenidən bərpa etmək istəyirdi, başqa formatda..."

"Soy prodakşın"ın bədii rəhbəri Səyavuş Hüseynli isə Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbərləri yalanlayıb: "Deyirlər, guya ürək əməliyyatı keçirib. Yalandır. İndi analizlərin cavabını gözləyirlər. Oqtay sükan arxasında huşunu və idarəetməni itirib. Səbəbi bilinmir, infarkt, yoxsa damar tıxanıqlığı olub.

Dilarə və Mehriban Zəki deyir ki, nə qədər çağırsalar da Oqtay cavab verməyib. Sükan arxasında yuxulu da olmayıb. İndi həkimlərdən cavab gözləyirik. Dilarə üçün təsəvvür edə bilmədiyimiz qədər ağırdır. Böyük itkidir. O, nə vaxt özünə gələcək, bilmirəm. Oqtay ailəsinə bağlı adam idi. Anası Elmira xanım deyir ki, Oqtay hər səhər və axşam zəng edib soruşurdu, nə lazımdır".

Əməkdar artist Ülviyyə Əliyeva isə Dilarə Əliyevadan danışıb: "Dilarə toparlanmağa çalışır. Çox qayğıkeş insandır. Oqtayın valideynlərini və qızlarını düşünür. Oqtay Əliyev dəfn edilən zaman Dilarə qayınatası Vidadi bəyə dedi ki, evdə qızlarıma görə ağlaya bilmirəm. Burada isə siz varsınız. Sizə nəsə olsa, Oqtay məni bağışlamaz".

Qeyd edək ki, Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı avtomobildə əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki də olub. Dilarə Əliyeva yüngül xəsarət alıb. Mehriban Zəki isə xəstəxanadadır.

Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? like
  • 27 Mar 22:52  
Digərləri Bakı Bulvarında çəkiliş aparmaq qadağandır?

"Xəzər Xəbər"in əməkdaşları Bulvar ərazisində çəkiliş apa

arrow Ətraflı
Dövlətə xəyanət edənlərin etirafları like
  • 27 Mar 22:32  
Kriminal Dövlətə xəyanət edənlərin etirafları

İctimai TV-də Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşl�

arrow Ətraflı
Dünya əhalisi 2050ci ildə pik həddinə çatacaq, əsrin sonunda isə... like
  • 27 Mar 22:26  
Dünya Dünya əhalisi 2050ci ildə pik həddinə çatacaq, əsrin sonunda isə...

Britaniyanın "New Scientist" jurnalının araşdırmasına görə, m�

arrow Ətraflı
Bakıda zəncirvari qəza baş verib like
  • 27 Mar 22:20  
Digərləri Bakıda zəncirvari qəza baş verib

Yasamal rayonunda Əsəd Əhmədov küçəsində sərnişin avtobusu minik avtom

arrow Ətraflı
Ordumuzun addımı son deyil: növbəti hədəf… like
  • 27 Mar 22:08  
Siyasət Ordumuzun addımı son deyil: növbəti hədəf…

Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nü

arrow Ətraflı
Paytaxt havasında dəm qazının miqdarı normanı iki dəfəyə yaxın ötüb like
  • 27 Mar 22:02  
Digərləri Paytaxt havasında dəm qazının miqdarı normanı iki dəfəyə yaxın ötüb

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhər

arrow Ətraflı
Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək like
  • 27 Mar 21:56  
Digərləri Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək

Azərbaycanda aprel ayının birindən hava şəraitinin kəskin dəyişəcəyi

arrow Ətraflı
Ramazanın altıncı gününün duası like
  • 27 Mar 21:50  
Digərləri Ramazanın altıncı gününün duası

Sabah Ramazan ayının altıncı günüdür.

arrow Ətraflı
Azərbaycanda baş həkim like
  • 27 Mar 21:45  
Digərləri Azərbaycanda baş həkim

TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 n

arrow Ətraflı