Ordumuzun addımı son deyil: növbəti hədəf…
Siyasət 27 Mar 2023 22:08:00 260 0
Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib. Əvvəlki təklif martın 13-də təqdim edilmişdi, gəlmədilər.
Bu xəbəri də oxu: Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Son.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, erməni icması ilə sonuncu görüş martın 1-də Xocalı şəhərində keçirilib:
"Ermənilər Bakıya niyə gəlmək istəmirlər? Bunun bir neçə səbəbi var: Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərini bunu qəbulu anlamı daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtına qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər".
Ekspertin sözlərinə görə, bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşısını almaq üçün Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar:
"Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağın erməni icması durumlarından şikayətçidirlər. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca, kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, enində-sonunda Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar".
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhər
Azərbaycanda aprel ayının birindən hava şəraitinin kəskin dəyişəcəyi
TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 n
Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında iki kişiyə ömürlük
27 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av
İyunun 16-da Tokioda britaniyalı yazıçı Coan Roulinqin Harri Potter barəd�
Türkiyəli müğənni Demet Akalın telekanalların birində yayımlanacaq yem�
Dünyaca məşhur müğənni Rihannanın evindən oğurluq baş verib.
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.